Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Gənclərin peşəkar inkişafına həsr olunmuş
Gənclərin peşəkar inkişafına həsr olunmuş
Cəmiyyət

Gənclərin peşəkar inkişafına həsr olunmuş FORUM KEÇİRİLƏCƏK

Xpress.az Redaksiyası 02.05.2026 20:24

Avropa Azərbaycan Məktəbində gənclərin peşəkar inkişafına həsr olunmuş "LEVEL UP" Forumu baş tutacaq. 

Xpress.az xəbər verir ki, 16 may 2026-cı il, saat 10:00-da  keçiriləcək tədbir gənclərə düzgün istiqamət seçmək, daxili potensialı kəşf etmək və seçilən yolda strateji inkişaf yollarını mənimsəmək üçün peşəkar platforma təqdim edir.

Forum proqramı üç əsas panel üzrə qruplaşdırılıb: karyera, təhsil və innovasiya. Müzakirələr zamanı beynəlxalq mübadilə proqramları, müasir iş dünyasının tələb etdiyi bacarıqlar, startup ekosistemi və süni intellektin gələcəyi kimi strateji mövzulara toxunulacaq.  

Tədbirdə dövlət və özəl sektorun, həmçinin akademik dairələrin öz sahələrində yüksək vəzifə tutan aparıcı mütəxəssisləri çıxış edəcək. Spiker heyətinə millət vəkilləri, ADA Universitetinin prorektoru, "SABAH.lab" rəhbəri, habelə "Kapital Bank"ın layihə meneceri kimi təcrübəli simalar daxildir. Ekspertlər uğur hekayələri ilə yanaşı, gənclərə qarşılaşa biləcəkləri risklər və dönüş nöqtələri barədə praktiki tövsiyələrini verəcəklər.  

"LEVEL UP" Forumu yalnız mühazirələrdən ibarət olmayıb, geniş şəbəkələşmə imkanları vəd edir. Fasilələr zamanı iştirakçılar forumun rəsmi tərəfdaşları olan AIESEC, AEGEE, GUYS və YeniSən kimi gənclər təşkilatlarının stendləri ilə tanış ola, onlarla birbaşa əməkdaşlıq imkanlarını müzakirə edə bilərlər.  

Bilet əldə edən iştirakçılar üçün bütün sessiyalara girişlə yanaşı, qəhvə fasiləsi, nahar və xüsusi musiqili konsert proqramı nəzərdə tutulub. Tədbirin sonunda hər bir iştirakçıya rəsmi sertifikat təqdim ediləcək və sponsorların xüsusi hədiyyələrini qazanmaq şansı yaradılacaq.  

Forumda iştirak etmək və bilet əldə etmək üçün "iTicket" platformasına müraciət edə bilərsiniz.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək