Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu şəkildə işdən çıxarılma qanunidirmi?
Bu şəkildə işdən çıxarılma qanunidirmi?
Cəmiyyət

Bu şəkildə işdən çıxarılma qanunidirmi? — Çoxları bu tələbi bilmir

Xpress.az Redaksiyası 04.05.2026 20:45

İşçilərin qanunsuz olaraq işdən çıxarılması halları əmək bazarında ciddi narahatlıq yaradır. Əmək münasibətlərində tərəflərin hüquq və vəzifələri qanunla tənzimlənsə də, bəzi hallarda işçilərin əvvəlcədən xəbərdarlıq edilmədən işdən kənarlaşdırılması qanunvericiliyin pozulması suallarını doğurur.

Vəkil Vamiq Şükürov Demokrat.az-a açıqlamasında deyib ki, qanunvericiliyə əsasən, işəgötürən əmək münasibətlərinə xitam verərkən müəyyən edilmiş prosedurlara riayət etməlidir:

“Əgər əmək müqaviləsi müddətin bitməsi ilə əlaqədar ləğv olunursa, bu halda işçiyə müddətin başa çatmasına ən azı bir həftə qalmış yazılı xəbərdarlıq edilməlidir. Belə xəbərdarlıq olmadıqda, müqavilə əvvəlki şərtlərlə davam etmiş hesab oluna bilər. İşçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarında məsələn, işəgötürənin qanuni tapşırıqlarının yerinə yetirilməməsi və ya işə davamlı şəkildə gəlməmək kimi hallar olduqda əvvəlcə işçidən izahat alınır”. 

O bildirib ki, işçi həmkarlar ittifaqının üzvüdürsə, həmin qurumun da rəyi nəzərə alınır:

“Bundan sonra qanunvericiliyə uyğun şəkildə işdən azad etmə qərarı verilə bilər. Eyni zamanda müəssisənin ləğvi və ya ştat ixtisarı hallarında da işçi əvvəlcədən qanunla müəyyən edilmiş müddətlərdə yazılı qaydada xəbərdar edilməlidir. Yalnız xəbərdarlıq müddəti başa çatdıqdan sonra əmək müqaviləsinə xitam verilməsi mümkündür”.

Ekspert əlavə edib ki, əgər işçi həmkarlar ittifaqının üzvüdürsə, onun işdən çıxarılması üçün həmin qurumun rəyi mütləq nəzərə alınmalıdır. Yalnız bundan sonra qanunvericiliyə uyğun qərar verilə bilər.

Digər tərəfdən, müəssisə ləğv edildikdə və ya ştat ixtisarı olduqda da işçiyə qanunla müəyyən edilmiş müddətdə yazılı xəbərdarlıq göndərilməlidir. İşçinin əmək müqaviləsinə yalnız xəbərdarlıq müddəti tamam olduqdan sonra xitam verilə bilər.

Yəni, işəgötürən hər hansı işçini özbaşına və xəbərdarlıq etmədən işdən çıxara bilməz, çünki qanunvericilik həm müqavilə müddəti bitdikdə, həm də ixtisar zamanı müəyyən müddət əvvəl yazılı xəbərdarlıq edilməsini tələb edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək