Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Uşaqların sevimli içkisində
Uşaqların sevimli içkisində
Cəmiyyət

Uşaqların sevimli içkisində TƏHLÜKƏ - Valideynlərin DİQQƏTİNƏ!

Xpress.az Redaksiyası 05.05.2026 08:26

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbəb olur. Oxu.Az-ın xəbərinə görə, rusiyalı mütəxəssis Yekaterina Titova yerli "Telegram" kanallarından birinə müsahibəsində danışıb. Onun sözlərinə görə, söhbət zamanı və ya tələsərkən tapioka qəbul etmək ona gətirib çıxara bilər ki, böyük, yapışqan dənələr qida borusu əvəzinə tənəffüs yollarına daxil ola bilər. Bu da asfiksiya (boğulma - kəskin tənəffüs çatışmazlığının ən ağır forması - red.) ilə nəticələnə bilər.

Çocuklar neden bubble tea için çıldırıyor?

Bu içki Azərbaycanda da uşaqların sevimlisidir. Bəs qida mütəxəssisləri nə deyir?

Qida məsələləri üzrə ekspert İlkin Şirinov Musavat.com-a qeyd edib ki, ümumiyyətlə, bu cür qablaşdırılmış içkilərin tərkibində şəkərin miqdarı olduqca yüksəkdir:
“Bu isə uşaqların sağlamlığı baxımından ciddi suallar doğurur: bu içkilər uşağa nə verir, gündəlik həyatında hansı real faydası var? Açıq desək, demək olar ki, heç bir faydası yoxdur. Mən bu sualı birbaşa valideynlərə ünvanlayardım: bu cür içkiləri uşaqlara verməklə nə gözləyirsiniz? Bu, məsələnin bir tərəfidir”.

Ekspertə görə, digər tərəfdən isə uşaqlar üçün daha sağlam alternativlər var və bunları ev şəraitində hazırlamaq da tam mümkündür: “Məsələn, təbii meyvə şirələri, kök şirəsi və digər təbii içkilər həm daha faydalıdır, həm də uşağın orqanizmi üçün təhlükəsizdir. Valideynlər istəsələr, çox rahatlıqla bu cür içkiləri hazırlayıb uşaqlarına təqdim edə bilərlər. Təəssüf ki, bəzən valideynlər ya bilərəkdən, ya da uşağın könlünü qırmamaq üçün zərərli içkiləri alıb verirlər. Hətta bununla da kifayətlənməyərək, “bubble tea” və energetik içkilər kimi məhsulları da uşaqlara təqdim edən hallar var. Bu gün artıq 6-7, hətta 8 yaşlı uşaqların əlində bu cür içkiləri görmək adi hala çevrilib. Bəzən isə buna bir növ “fərqlilik” və ya “müasirlik” kimi baxılır, sanki uşağın belə içkilərdən istifadə etməsi valideyn üçün fəxr mənbəyinə çevrilir. Halbuki bu, son dərəcə yanlış yanaşmadır”.

İlkin Şirinovun sözlərinə görə, bu cür içkilərin uşaqlara verilməsi onların orqanizmində erkən yaşlardan insulin dirəncinin yaranmasına səbəb olan əsas amillərdən biridir:
“Bundan əlavə, bu içkilər bağırsaq problemlərinə, xüsusilə qəbizliyə və həzm sisteminin pozulmasına gətirib çıxara bilər. Xüsusilə “bubble tea” kimi içkilərdən danışarkən qeyd etmək lazımdır ki, onların tərkibində olan tapioka dənəcikləri uşaqlar üçün əlavə risk yaradır. Bu dənəciklər elastik və sürüşkən olduğu üçün, xüsusilə aktiv, yerində dayanmayan uşaqlarda boğulma təhlükəsi yarada bilər. Məlumdur ki, uşaqlar çox vaxt içkini tələsik, bəzən danışa-danışa içirlər. Bu halda isə həmin dənəciklərin tənəffüs yollarına düşmə riski artır və bu, birbaşa həyat təhlükəsi deməkdir.

Bundan başqa, bu içkilərin tərkibində şəkər və kalori normadan xeyli artıqdır. Əsasən şəkər siroplarından ibarət olan bu məhsullar artıq çəkiyə, piylənməyə səbəb ola bilər. Eyni zamanda, diş minasına zərər vurur, diş çürümələrini sürətləndirir. Digər mühüm məqam isə məhsulun keyfiyyəti və gigiyenik şərtlərlə bağlıdır. Bu içkilərin hazırlanması, saxlanması və daşınması zamanı temperatur rejiminə düzgün əməl olunmadıqda, bu, uşaqlarda mədə-bağırsaq pozuntularına, zəhərlənmələrə və müxtəlif infeksiyalara yol aça bilər. Ümumilikdə, bu məsələyə tam qadağa prizmasından yanaşmaq bəlkə də bir qədər sərt görünə bilər. Lakin daha doğru yanaşma odur ki, əgər uşaq bu cür içkilərdən istifadə edirsə, bu, mütləq valideyn nəzarəti altında və çox nadir hallarda baş versin. Ən əsası isə bu, uşağın gündəlik həyat tərzinə çevrilməməlidir. Çünki ortada həm sağlamlıq riski, həm də boğulma kimi birbaşa həyati təhlükə varsa, bu cür içkilərin istifadəsinin nə dərəcədə doğru olduğu ciddi şəkildə sual altına düşür”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək