Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu gün Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəl...
Bu gün Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür
Cəmiyyət

Bu gün Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür

Xpress.az Redaksiyası 05.05.2026 10:09

Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirilir.

BMT Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi qərara əsasən, hər il mayın 5-i Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.

Azərbaycan bu sahədə fəal dövlət siyasəti yürüdür. Prezident İlham Əliyevin əhalinin həssas qruplarına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində müvafiq tədbirlər ildən-ilə daha da gücləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər pensiya, müavinət və təqaüdlərlə təmin olunur. 2018-ci ildən etibarən həyata keçirilən və 4 milyon nəfəri əhatə edən 5 sosial islahat paketi çərçivəsində illik əlavə maliyyə tutumu 7,6 milyard manat təşkil edib. Bu islahatlar nəticəsində minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, sosial müavinət və təqaüdlər isə 5 dəfə artıb.

Əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişafı və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm təşəbbüslərdən biri Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzidir. 2021-ci ilin oktyabrında fəaliyyətə başlayan bu mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq məkanıdır. Burada və filiallarında 700-dən çox şəxs müxtəlif xidmətlərdən yararlanıb, həmçinin təlim və kompleks reabilitasiya proqramları həyata keçirilib.

Azərbaycan 2006-cı ildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulub və bu sənəddən irəli gələn öhdəlikləri uğurla icra edir. Son dövrlərdə qəbul edilən qanunvericilik dəyişiklikləri bu istiqamətdə növbəti mühüm addımdır. Belə ki, qanuna Azərbaycan işarət dilinin rəsmi tanınması və əlilliyi olan şəxslərin məlumat əldə etmə hüququnun təmin olunması ilə bağlı yeni maddələr əlavə edilib.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil təminatı proqramı da mühüm sosial təşəbbüslərdən biridir. 44 günlük Vətən müharibəsindən sonra bu proqram 5 dəfə genişləndirilib. Postmüharibə dövründə 6,8 min, ümumilikdə isə 16 minə yaxın mənzil və fərdi ev təqdim edilib. Bundan əlavə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ümumilikdə 7,7 min, o cümlədən postmüharibə dövründə 567 minik avtomobili verilib.

Son illərdə reabilitasiya infrastrukturu müasir tələblərə uyğun yenilənib və yeni müəssisələr yaradılıb. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində qabaqcıl dünya təcrübəsinə əsaslanan, biopsixososial modelə uyğun xidmətlər geniş tətbiq olunur.

Bu tədbirlər nəticəsində reabilitasiya xidmətlərindən yararlanan şəxslərin sayı 2018-ci ildəki 11,9 mindən 2024-cü ildə 123,3 minə yüksələrək 10 dəfədən çox artıb. Eyni zamanda, reabilitasiya vasitələrinin növlərinin sayı 34-dən 130-a çatdırılıb, illik təqdim olunan vasitələrin sayı isə 97 minə yüksəlib.

Mühüm yeniliklərdən biri də müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilməsidir. Postmüharibə dövründə 492 şəxs 609 belə protezlə təmin olunaraq aktiv həyata qayıtmaq imkanı əldə edib və hətta idman yarışlarında uğurla iştirak edir.

Ümumilikdə, Azərbaycan əlilliyi olan şəxslərin hüquqlarının qorunması, sosial müdafiəsi və cəmiyyətə fəal inteqrasiyası sahəsində ardıcıl və güclənən siyasət həyata keçirən ölkələr sırasındadır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək