Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Tanınmış keçmiş hakim:
Tanınmış keçmiş hakim:
Cəmiyyət

Tanınmış keçmiş hakim: “Ölüm faktına görə ona bəraət hökmü çıxardıq” – VİDEO

Xpress.az Redaksiyası 05.05.2026 13:15

“YouTube” platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı yayımlanıb. 

Layihə bu dəfə də hüquq ictimaiyyəti üçün maraqlı və düşündürücü mövzularla diqqət çəkib.

Budəfəki buraxılışın qonağı uzun illər hakim işləmiş, hazırda isə vəkillik fəaliyyəti ilə məşğul olan Azad Məcidov olub.

Müsahibə zamanı 43 illik zəngin iş təcrübəsinə malik olan Azad Məcidov istintaq orqanlarında çalışdığı dövrlərdən başlayaraq hakimlik və vəkillik fəaliyyəti illərinə qədər keçdiyi peşə yolundan bəhs edib. O, hüquqi fəaliyyətində qarşılaşdığı çətin və məsuliyyətli işlərdən, həm hüquqi, həm də mənəvi baxımdan ağır qərarların qəbul edilməsindən, bəraət hökmünün çıxarılmasından, eləcə də ədalət mühakiməsinin mahiyyəti ilə bağlı düşüncələrini bölüşüb.

Qonaq bildirib ki, istintaq orqanlarında işlədiyi dövrdə beynəlxalq əhəmiyyətli işlərin aparılmasında iştirak edib, hakimlik fəaliyyəti zamanı isə xüsusilə mürəkkəb cinayət işlərinə baxıb. O, yetkinlik yaşına çatmayanlarla bağlı işlərin həm hüquqi, həm də psixoloji baxımdan daha ağır olduğunu vurğulayaraq, bu kateqoriyadan olan işlərdə qərar qəbul etməyin yüksək məsuliyyət tələb etdiyini qeyd edib.

Veriliş boyu Azad Məcidova hakimlik təcrübəsinin vəkillik fəaliyyətinə verdiyi üstünlüklər, hakim-vəkil münasibətlərinin etik çərçivəsi, cəmiyyətin hüquqi maarifləndirilməsi və hüquq sistemində peşəkarlığın artırılması kimi mövzular ətrafında suallar ünvanlanıb. O, bu sualları cavablandırarkən vurğulayıb ki, vəkil peşəsində uğur qazanmaq üçün davamlı öz üzərində işləmək, iş materiallarını dərindən öyrənmək və praktiki bilikləri daim inkişaf etdirmək vacibdir.

Həmçinin Azad Məcidov vəkil olmaq istəyən gənclərə tövsiyələrini çatdırıb, inkişaf perspektivləri barədə fikirlərini bölüşüb:

“Ən əsası vəkil öz üzərində çalışmalıdır. Çıxdıqları cinayət işlərinin materialları ilə yaxından tanış olsunlar. Vəkili qınamaq lazım deyil. Çünki onların o qədər işləri olur ki, çatdırmaqda çətinlik çəkirlər. Məsələn, işlərin biri Qaradağ rayonunda, digəri Xəzər rayonunda olur və vaxt fərqi çox az olur. Vəkillər vaxtlarının böyük hissəsini yollarda keçirirlər”.

Hakim və vəkil arasında münasibətlərə toxunan Azad Məcidov vurğulayıb ki, bu, yalnız qanun çərçivəsində və peşəkar etik normalara uyğun qurulmalıdır. Onun sözlərinə görə, hakimlər həm ittiham, həm də müdafiə tərəfi ilə qeyri-prosessual münasibətlərdən çəkinməlidirlər:

“Biz hamımız hüquq təhsili almışıq. Həmin şəxslər arasında dostlarımız, tələbə yoldaşlarımız var. Lakin hakimlə vəkilin münasibətləri yalnız qarşılıqlı hörmət və peşəkar çərçivədə qurulmalıdır”.

Eyni zamanda Azad Məcidov hakimlərin sosial təminatı və əmək haqları ilə bağlı məsələlərə də toxunub. O, hakimlik fəaliyyətinə görə pensiya məsələsində üzləşdiyi hüquqi mübahisədən də bəhs edib və hazırda bu məsələ ilə bağlı məhkəmə araşdırmasının davam etdiyini bildirib:

“Görürsən ki, sosial şəbəkələrdə filan vəzifəli şəxsin başına nəsə iş gəldiyi barədə məlumatlar paylaşılıb. Bəzi insanların yazdıqları şərhlərinə baxanda isə dəhşətə gəlirsən. Elə bil ki, bu vəzifəli şəxslər bunlar üçün xalq düşmənidir. Başlayırlar artıq-əskik sözlər yazmağa. Fikirləşirsən ki, biz necə bir cəmiyyətdə yaşayırıq? Biz də azərbaycanlıyıq, biz də eyni vətəndaşıq. 

Bir məsələni qeyd edim. Demək, 43 il iş stajım var, 14 il 4 ay 13 gün hakim işləmişəm. Lakin bir neçə aya görə hakimlik pensiyasını ala bilmirəm. Bildirilir ki, bunun üçün 15 il hakim işləməli idin. Məhkəməyə müraciət etmişəm və qanunamüvafiq araşdırma aparılır. Görürsən ki, sosial şəbəkələrdə “Hakim Azad Məcidov üçün filan məbləğ azlıq elədi” yazırlar. Birincisi sənin nə ixtiyarın var ki, mənim maaşımı deyəsən. Mən uzun illər istintaq orqanlarında çalışmışam, ağır işlər aparmışam. Gecələr, sutqalarla işləmişəm. Rayonlarda aylarla qalmışam, çətin şəraitdə çalşmışam”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək