Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət İctimai yerlərdə sizə yaxınlaşan bu şəxslərə diqqə...
İctimai yerlərdə sizə yaxınlaşan bu şəxslərə diqqət
Cəmiyyət

İctimai yerlərdə sizə yaxınlaşan bu şəxslərə diqqət — Bakıda "müasir" dələduzluq növü

Xpress.az Redaksiyası 05.05.2026 17:51

İctimai yerlərdə vətəndaşları gözləyən yeni təhlükə artıq pulqabı oğruları deyil, səs və üz cizgilərini hədəf alan texnoloji dələduzlardır. İzdihamlı məkanlarda köməyə ehtiyacı olduğunu deyən naməlum şəxslər əslində sizin rəqəmsal kimliyinizi ələ keçirməyə çalışırlar. Ticarət mərkəzləri, metro stansiyaları və bazarlar kimi insanların sıx olduğu yerlərdə dələduzlar müxtəlif bəhanələrlə vətəndaşlara yaxınlaşırlar. Kimisi telefonunun sındığını deyib təcili zəng etmək, kimisi isə videoçəkiliş üçün kömək istəyir. İlk baxışda adi xeyirxahlıq kimi görünən bu addım əslində gələcəkdə qarşısıalınmaz fəsadlara yol aça bilər. Süni intellektin imkanları sayəsində əldə edilən bir neçə saniyəlik səs yazısı və ya üz görüntüsü bank hesablarına girişdən tutmuş, yaxınlarınızın adından saxta zənglərin edilməsinə qədər geniş imkanlar yaradır.

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, son dövrlərdə ictimai yerlərdə yeni tip dələduzluq üsullarının yayıldığı müşahidə olunur:

“Bu üsulların məqsədi birbaşa maddi vəsait əldə etmək deyil, insanların biometrik məlumatlarını, yəni üz görüntüsü, səs və digər identifikasiya göstəricilərini toplamaqdır. Həmin məlumatlar sonradan süni intellekt texnologiyaları vasitəsilə saxta identifikasiya sistemlərinin hazırlanmasında istifadə oluna bilər. Bu təhlükənin reallıq dərəcəsi ilə bağlı qeyd etmək lazımdır ki, risk mövcuddur, lakin tək bir şəkil və ya qısa video adətən ciddi nəticə yaratmaq üçün kifayət etmir. Risk daha çox o zaman artır ki, yüksək keyfiyyətli video və səs yazıları əldə olunur, şəxs müxtəlif bucaqlardan qeydə alınır və toplanmış məlumatlar sosial şəbəkələrdəki digər şəxsi informasiyalarla birləşdirilir. “Rəqəmsal klon” adlandırılan proses süni intellekt vasitəsilə həyata keçirilir. Bu zaman üz görüntüsündən realistik model hazırlanır, səs yazıları əsasında həmin şəxsin səsi təqlid olunur və nəticədə bu məlumatlar birləşdirilərək saxta video və ya səs materialları yaradılır”.

Ekspertin sözlərinə görə, bu cür "rəqəmsal klonlar" fərdin xəbəri olmadan onun adından qərarlar verilməsinə və ya cinayət xarakterli əməllərin törədilməsinə zəmin hazırlayır. Xüsusilə bankların üz tanıma sistemləri və səsli əmrlərlə işləyən tətbiqləri bu növ hücumların əsas hədəfidir. Naməlum şəxslərin "telefonum sönüb, ailəmə bircə kəlmə söz deyin" və ya "anket üçün videoya çəkilin" kimi xahişləri arxasında böyük bir kiber cinayət şəbəkəsi dayana bilər.

O bildirib ki, belə texnologiyalar əsasən bank və identifikasiya sistemlərini aldatmaq, eləcə də saxta zəng və mesajlar vasitəsilə insanları inandırmaq məqsədilə istifadə oluna bilər:

“Bu tip risklərdən qorunmaq üçün tanımadığınız şəxslərə video və ya səs yazısı verməmək, biometrik giriş sistemlərində əlavə təhlükəsizlik tədbirlərindən (OTP, PIN, çoxfaktorlu identifikasiya) istifadə etmək, sosial şəbəkələrdə şəxsi video və səs materiallarını məhdud şəkildə paylaşmaq və şübhəli zəng və mesajları alternativ kanallarla yoxlamaq tövsiyə olunur. Ümumilikdə, bu cür hücumlar realıdır və texnologiyanın inkişafı ilə daha da aktuallaşır. Əsas təhlükə biometrik məlumatların uzunmüddətli və sistemli şəkildə toplanması ilə yaranır. Sadə təhlükəsizlik qaydalarına əməl etməklə isə bu riskləri minimuma endirmək mümkündür”.

Ekspert xəbərdarlıq edir ki, texnoloji inkişaf cinayətkarların da işini asanlaşdırır. Küçədə qarşılaşdığınız və ilk baxışda zərərli görünməyən hər hansı bir sorğu və ya yardım istəyi sizin bütün həyatınızı alt-üst edə bilər. Bu səbəbdən fərdi məlumatların qorunması məsələsində maksimum ehtiyatlı olmaq lazımdır.

Qısası, küçədə tanımadığınız birinin xahişi ilə kameraya danışmaq və ya səs yazısı göndərmək sizin üz və səs cizgilərinizin oğurlanmasına, nəticədə bank hesablarınızın boşaldılmasına və ya adınıza saxta videoların düzəldilməsinə səbəb ola bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək