Cəmiyyət
Sükan arxasında ehtiyatlı olun: Sabah yollarda…
Xpress.az Redaksiyası
05.05.2026 20:13
Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Xpress.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 6-da rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.
Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması ehtimalı var.
Belə ki, sabah magistral yollarda görünüş məsafəsinin dumana görə 300-800 metrədək məhdudlaşacağı gözlənilir.