Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bakının iki peşə məktəbində VƏRƏMƏ YOLUXMA
Bakının iki peşə məktəbində VƏRƏMƏ YOLUXMA
Cəmiyyət

Bakının iki peşə məktəbində VƏRƏMƏ YOLUXMA – Tədris DAYANDIRILDI – Rəsmi AÇIQLAMA

Xpress.az Redaksiyası 05.05.2026 22:23

Bakı şəhərində fəaliyyət göstərən Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində vərəm xəstəliyinə yoluxma halları ilə bağlı iddialar yayılıb.

Sözügedən təhsil müəssisəsində bir neçə tələbədə vərəm şübhəsi qeydə alınıb və bu səbəbdən tədrisin müvəqqəti dayandırıldığı bildirilir.

Tələbələr tibbi müayinələrdən və analizlərdən keçmək üçün müvafiq tibb müəssisələrinə yönləndirilib.

Oxşar vəziyyətin 5 nömrəli Bakı Peşə Məktəbində də müşahidə olunduğu iddia edilir. Bildirilir ki, həmin təhsil ocağında da vərəm şübhəsi olan tələbələr aşkar edilib və onlar da tibbi yoxlanışlara cəlb olunublar.

Rəsmi qurumlardan hələlik məsələ ilə bağlı açıqlama verilməyib. Tədrisin dayandırılması isə həm tələbələr, həm də valideynlər arasında narahatlıq və müzakirələrə səbəb olub.

Bizim.Media mövzuyla əlaqədar Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.
 

Agentliyin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Həvva Gözəlova peşə təhsil müəssisələrinin bağlanmasıyla bağlı iddianı təkzib edərək tədrisin davam etdiyini bildirib.


“Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və 5 nömrəli Bakı Peşə Məktəbi ilə bağlı yayılan iddialar aidiyyəti dövlət orqanları tərəfindən araşdırılır.

Bildiririk ki, tədrisin müvəqqəti dayandırılması yalnız müvafiq qurumların qərarları əsasında, tələbələrin sağlamlığı və təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilir.

Müəssisələrdə sanitar-epidemioloji vəziyyət daim nəzarətdə saxlanılır və zəruri profilaktik tədbirlər görülür”, - deyə verilən açıqlamada qeyd edilib.

Qeyd edək ki, agentliyin verdiyi açıqlamada tədrisin dayandırıldığı inkar edilsə də, valideynlərin və tələbələrin saytımıza verdiyi məlumata görə  Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədris 1 aydan çoxdur ki, dayandırılıb.

Müəssisənin pedaqoji heyəti, tələbələri yoxlanışlara göndəriliblər, hazırda isə məktəbdə dezinfeksiya işləri aparılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək