Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Qardaş ölkədə çox uşaqlı ailələrə pul, iş və maşın...
Qardaş ölkədə çox uşaqlı ailələrə pul, iş və maşın veriləcək
Cəmiyyət

Qardaş ölkədə çox uşaqlı ailələrə pul, iş və maşın veriləcək

Xpress.az Redaksiyası 07.05.2026 11:59

Türkiyənin Ordu şəhərinin Kumru rayonunda əhali sayının azalmasının qarşısını almaq üçün qeyri-adi üsula əl atılıb. Rayon bələdiyyəsi çoxuşaqlı ailələri stimullaşdırmaq məqsədilə xüsusi mükafatlar təyin edib.

Xpress.az Demokrat.az-a istinadən xəbər verir ki, Kumru bələdiyyə sədri Yusuf Yalçuva əhalinin sayının 33 mindən 28 minə düşməsi səbəbindən bu addımı atdıqlarını bildirib. Yeni qaydalara əsasən, ailədə doğulan üçüncü uşağa görə 50 min, dördüncü uşağa 100 min, beşinciyə 150 min, altıncı uşağa isə 200 min lirə birdəfəlik yardım veriləcək.

Bələdiyyə sədri vədlərini daha da artıraraq ailələrə iş və avtomobil təklif edib. O, bu barədə belə deyib:

"Səkkiz uşağı olan şəxsi bələdiyyədə işlə təmin edəcəyik. Kimin on uşağı olsa, ona yeni avtomobil hədiyyə verəcəyik. Bu qərarlar ailəyə dəstək proqramı çərçivəsində reallaşacaq. Hər şey qanunauyğun şəkildə həyata keçirilir və layihəmizi artıq elan etmişik".

Qısası, Kumru rayonunda əhalinin sayını artırmaq üçün çox uşağı olan ailələrə pulla yanaşı, iş və maşın da veriləcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək