Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Yeni binalarda yaşayanların
Yeni binalarda yaşayanların
Cəmiyyət

Yeni binalarda yaşayanların DİQQƏTİNƏ - Komendant nəyi qadağan edə bilməz?

Xpress.az Redaksiyası 12.05.2026 16:40

Çoxmərtəbəli bina evində yaşamaq sadəcə mənzil sahibi olmaq demək deyil, həm də müəyyən qaydalarla yaşamaqdır. Bəzi binalarda bu qaydalar sadəcə daxili təhlükəsizlik və nizam-intizam adı ilə izah olunur, digərlərində isə bina sakinləri onları sərt məhdudiyyət hesab edir.

Gec saatlarda qonaq qəbuluna qadağa, müəyyən saatlardan sonra mənzillərdə daxili təmir işlərinin məhdudlaşdırılması, yaxud giriş-çıxış saatlarının müəyyən edilməsi kimi tətbiqlər isə bir sualı aktuallaşdırır: Bina idarəçilərinin qoyduğu bu qaydalar həqiqətən qanunauyğun gəlirmi, yoxsa sadəcə daxili idarəetmə və nizam-intizam funksiyası daşıyır?

İlk olaraq, bina komendantı necə təyin olunmalıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ramil Süleymanov qeyd edib ki, bina sakinləri bu vəzifəni özləri də icra edə bilərlər:


“Bina sakinləri tərəfindən binanı idarə edən şəxslər ümumi yığıncağın protokolu əsasında təyin edilməyibsə, həmin şəxslərin fəaliyyəti qanunvericilikdə nəzərdə tutulmayıb. Sakinlər özləri rahat şəkildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməklə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini təsis etməklə həmin xidmətləri özləri də icra edə bilərlər.

Birinci növbədə MTK (Mənzil Tikinti Kooperativi) və ya binanı idarə edən şirkətlərlə sakinlər arasında xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmalıdır. Bu müqavilədə ödənilməli olan məbləğin ödənilməməsinə görə hər hansı xidmətlərdən istifadənin qadağan olunmasını nəzərdə tutan müddəalar varsa, o tətbiq oluna bilər. Ancaq elə müddəalar yoxdursa, komendatın hər hansı bir bu qəbildən olan qadağaları və məhdudiyyətləri tətbiq etməsi yolverilməzdir”.

Bəs, daxili nizamı qorumaq adı ilə binaya giriş saatının məhdudlaşdırılması və gec saatlarda qonaq qəbulunun qadağan edilməsinin qanuni əsası varmı?

R. Süleymanov hesab edir ki, bu müdaxilələr əsassızdır:

“Qətiyyən belə bir şey yol verilməzdir. Bu ümumi istifadədə olan binadır və sakinlərin ümumi istifadə etdiyi mülkiyyətdir. Nəticə etibarilə mənzilin toxunulmazlıq hüququ təsir altına düşür. Bu mənzildən məhdudiyyətsiz istifadəyə yönəlmiş müdaxilə kimi qiymətləndirilə bilər”.

Hüquqşünas son olaraq mənzildə daxili təmir işlərinə və səs-küy yaradılmasına müdaxilənin qanunla tənzimləndiyini xatırladıb:

“Bu məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən tənzimlənir. Mənzillərdə məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması, o cümlədən məişət səs-küyünü başqa üsullarla həyata keçirmək kimi qeyd olunur.

Eyni zamanda təmir işlərinin aparılması, təmirə görə səs-küyün salınması da bura daxildir və saat 00:00-dan 07:00-a qədər qadağan olunur. Buna görə fiziki şəxslər 150 manatdan 200 manata, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manata qədər məbləğdə inzibati qaydada cərimə oluna bilər”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək