Cəmiyyət
Azərbaycanın bu ölkədəki konsulluğu işləməyəcək
Xpress.az Redaksiyası
12.05.2026 22:09
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi beş gün fəaliyyət göstərməyəcək.
Bununla bağlı səfirliyin X sosial şəbəkə hesabında məlumat yerləşdirilib.
"28 May - Müstəqillik Günü və Qurban bayramı ilə əlaqədar olaraq, 27.05.2026-31.05.2026-cı il tarixlərində Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi fəaliyyət göstərməyəcək", - paylaşımda qeyd edilib.