Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Muxtar Babayev: Azərbaycanda orta temperaturda art...
Muxtar Babayev: Azərbaycanda orta temperaturda artım müşahidə olunur
Gündəm

Muxtar Babayev: Azərbaycanda orta temperaturda artım müşahidə olunur

Xpress.az Redaksiyası 19.05.2026 12:39

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına əsasən, dünya son dövrlərin ən isti günlərini yaşayır.

Bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev WUF13 çərçivəsində "Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər" mövzusunda keçirilən tədbirdə video formatda çıxışında bildirib.

Onun sözlərinə görə, COP29-da iqlim maliyyəsi və adaptasiya kimi mühüm məsələlər müzakirə olunub:

"WUF13 isə şəhərlərin dayanıqlı inkişafı üçün vacib bir platformadır. İqlim dəyişikliyi dünyanın hər yerində şəhərlərə ciddi təsir göstərir və bir çox hallarda hadisələrin proqnozlaşdırılmasını çətinləşdirir. Təbii fəlakətlər infrastruktura və milyonlarla insanın həyatına təsir edir. Erkən xəbərdarlıq sistemləri kritik infrastrukturun zədələnməsinin qarşısını almaqda mühüm rol oynayır və bu sistemlər itkilərin təxminən 30%-ə qədər azalmasına kömək edə bilər. Eyni zamanda, həssas qrupların həyatına təsirlərin azaldılmasında xüsusi əhəmiyyət daşıyır.

Lakin kommunikasiya baryerləri və maliyyə məhdudiyyətləri burada əsas problemlərdən biri olaraq qalır. Bu səbəbdən özəl sektor və dövlət arasında tərəfdaşlıq xüsusilə vacibdir. Azərbaycanda son 25 il ərzində orta temperaturda artım tendensiyası müşahidə olunur, kəskin isti günlər və quraqlıq hallarının sayı isə əhəmiyyətli dərəcədə artıb. İqlimə dayanıqlı şəhərlər şəhərsalma planlaşdırılmasının əsas elementi olmalıdır. Bu proses vahid və koordinasiyalı yanaşma tələb edir. Heç bir ölkə bu çağırışlarla təkbaşına mübarizə apara bilməz. Azərbaycan isə bu istiqamətdə dialoq və beynəlxalq əməkdaşlığa fəal şəkildə töhfə verir".//Trend

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu gün dünya liderləri iqlim diplomatiyası üçün Antalyada görüşür

11.11.2026 09:17 Gündəm

Paşinyan Türkiyəyə səfər edib

11.11.2026 09:08 Gündəm

Lökbatanda itlər sakinə hücum etdi -

11.11.2026 08:52 Ana səhifə

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən sonra istifadəyə veriləcək

10.11.2026 16:19 İqtisadiyyat

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10.11.2026 15:52 Dünya

Quterreş: Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir

10.11.2026 15:43 Gündəm

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar

10.11.2026 15:39 İqtisadiyyat

COP31 prezidenti Azərbaycanın iqlim prosesinə verdiyi töhfəni qeyd edib

10.11.2026 15:06 Gündəm

Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb

10.11.2026 14:48 Dünya

Keçmiş COP sədrləri COP31 Sədrliyinə dəstək bəyanatı yaydı

10.11.2026 14:25 Gündəm

Bakıda intensiv yağış yağacaq -

10.11.2026 14:13 Cəmiyyət

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

10.11.2026 13:49 Gündəm

“Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi

10.11.2026 13:41 Dünya

Rəsmi Bakı Polşaya başsağlığı verib

10.11.2026 13:28 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək