Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Bakalavrların NƏZƏRİNƏ -
Bakalavrların NƏZƏRİNƏ -
Təhsil

Bakalavrların NƏZƏRİNƏ - Magistratura imtahanının formatı DƏYİŞDİRİLİR?

Xpress.az Redaksiyası 02.06.2026 14:00

Son magistratura imtahanı həm şərait, həm də sualların çətinlik səviyyəsi baxımından geniş müzakirələrə səbəb olub. Son dövrlərdə bakalavrların ən çox narazılıq etdiyi məsələlərdən biri isə imtahan üçün ayrılan vaxtın yetərli olmamasıdır.
 Mövcud qaydalara əsasən, namizədlərə 100 test tapşırığını cavablandırmaq üçün 3 saat vaxt verilir. İlk baxışdan bu müddət kifayət qədər görünsə də, xüsusilə yüksək diqqət, analitik düşüncə və riyazi təfəkkür tələb edən 50 məntiq sualı iştirakçıların vaxtının böyük hissəsini alır. Nəticədə bakalavrlar həm məntiq, həm də digər iki fənn üzrə sualları eyni vaxt çərçivəsində cavablandırmaqda çətinlik çəkdiklərini bildirirlər.

Bundan əlavə, imtahanda məntiq və informatika fənlərinin yer alması da bəzi namizədlərin narazılığına səbəb olur. Xüsusilə humanitar ixtisaslar üzrə təhsil alan tələbələr hesab edirlər ki, bu fənlər onların gələcək ixtisas istiqamətləri ilə birbaşa əlaqəli deyil və qiymətləndirmə zamanı onlar üçün əlavə çətinlik yaradır. Buna görə də bir çox bakalavr magistratura qəbul imtahanlarının məzmunu və formatı ilə bağlı müəyyən dəyişikliklərin edilməsini təklif edir.

Bəs bütün bu məqamlar hansı yolla həll edilməlidir?

Mövzuyla bağlı Bizim.Media-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, o,  magistratura imtahanının nəinki vaxtının,  ümuniyyətlə formatının dəyişdirilməsinin tərəfdarıdır:

"Hazırda magistratura imtahanının formatı gənclərin istiqamətlənməsini təmin etmir. Bu gün bu format səbəbilə imtahandan çəkinən və imtina edən kifayət qədər gənc var. Çünki hazırda magistratura imtahanında bakalavrlar məntiq, informatika və xarici dildən imtahan verirlər. Xüsusilə humanitar ixtisaslarda təhsil alan tələbələr yüksək nəticə toplamaqda çətinlik çəkirlər".

Ekspert deyir ki, buna görə də bu gün magistratura imtahanı dəqiq, texniki ixtisaslarda təhsil alan tələbələrlə humanitar ixtisaslarda təhsil alan tələbələr arasında ədalətsizlik yaradır:

"Çünki həmin tələbələrin riyazi bilikləri olsaydı, humanitar yox, texniki ixtisasları seçərdilər. Yəni  imtahanda hazırki fənlərdən istifadə olunsun, ancaq əsas bakalavrın bitirdiyi ixtisas üzrə suallar salınmalıdır. Məsələn, tarixi bitirən biri gələcəkdə tarix elmləri namizədi olacaqsa, magistratura imtahanında nə üçün tarixdən heç bir sualla qarşılaşmır?  Hətta təklif edərdim ki, ixtisasla bağlı 30, məntiqdən 30 informatika və xarici dilin hər birindən isə 20 sual salınmalıdır. Belə olsa, öz ixtisası üzrə potensialı olan namizəd magistraturaya qəbul olar".

Müsahibimiz sonda qeyd edib ki, vaxtın dəyişdirilməsi isə təklif olunan formata uyğun olmalıdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək