Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Azərbaycanlı tədqiqatçı 60 ilin rekordunu qırdı:
Azərbaycanlı tədqiqatçı 60 ilin rekordunu qırdı:
Təhsil

Azərbaycanlı tədqiqatçı 60 ilin rekordunu qırdı: Elmi işi EASL-ə daxil edildi

Xpress.az Redaksiyası 02.06.2026 19:49

Azərbaycan Tibb Universiteti (ATU) əməkdaşının “MASLD və mikroalbuminuriyası olan xəstələrdə endotelial disfunksiyanın xəstəliyin proqressiyasına təsiri” adlı elmi işi Qaraciyərin Tədqiqi üzrə Avropa Assosiasiyasının İspaniyanın Barselona şəhərində keçirilən “EASL-2026 Konqresi”ndə elmi proqrama daxil edilib.

Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib.

Bildirilib ki, EASL-in 60 illik yubileyinə təsadüf edən konqres çərçivəsində dünyanın müxtəlif ölkələrindən təqdim olunan minlərlə elmi iş arasından seçilərək proqrama daxil edilən tədqiqat öz elmi yeniliyi və aktuallığı ilə diqqət çəkib

Universitetin Daxili Xəstəliklər kafedrasının assistenti, Hepatologiya Mərkəzinin rəhbəri Hicran Xıdırovanın “Impact of Endothelial Dysfunction on Disease Progression in Patients with MASLD and Microalbuminuria” adlı tədqiqatının beynəlxalq nüfuzlu konqresə qəbul olunması onun elmi aktuallığı və praktik əhəmiyyətinin beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir. Bu, eyni zamanda ötən 60 il müddətində ilk və yeganə azərbaycanlı həkimin tədqiqatının belə bir konqresdə yer alması deməkdir. 

MASLD və mikroalbuminuriya fonunda endotelial disfunksiyanın araşdırılmasına həsr olunmuş bu iş metabolik qaraciyər xəstəliklərinin erkən mərhələlərində riskin qiymətləndirilməsi və xəstələrin daha effektiv idarə olunması baxımından mühüm elmi və klinik əhəmiyyətə malikdir.

Tədqiqatın beynəlxalq elmi platformada təqdim olunması Azərbaycan hepatologiyasının qlobal elmi mühitdə təmsilçiliyinə və ölkəmizin tibb elminin beynəlxalq arenada tanıdılmasına da töhfə verir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək