Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Tədrisi digər dillərdə aparılan məktəblərə qəbul d...
Tədrisi digər dillərdə aparılan məktəblərə qəbul dayandırılıb?
Təhsil

Tədrisi digər dillərdə aparılan məktəblərə qəbul dayandırılıb? - Rəsmi cavab

Xpress.az Redaksiyası 05.06.2026 16:21

Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrdən uğurla keçən uşaqlar üçün iyunun 17-dən valideynləri tərəfindən məktəb və müəllim seçimi həyata keçiriləcək.

Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2026-2027-ci tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesi uğurla davam edir:

"Proses başlayandan indiyədək 106 min nəfərə yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb. Bugündən etibarən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayıb. Tədris digər dillərdə aparılan bölmələrə gəldikdə isə müsahibələrdən uğurla keçən uşaqlar üçün iyunun 17-dən valideynləri tərəfindən məktəb və müəllim seçimi həyata keçiriləcək. Bununla yanaşı bildiririk ki, uşaqların birinci sinfə qəbulu prosesi sentyabr ayınadək davam edir. Həmin dövrədək ictimaiyyətə əvvəlcədən elan edilmiş tarixlərdə bəzi təhsil müəssisələrinə mərhələli şəkildə qeydiyyat, müsabiqələrin keçirilməsi, eləcə də məktəb və müəllim seçimi həyata keçiriləcək. Vurğulayırıq ki, sinif komplektlərinin formalaşdırılması uşaqların birinci sinfə qəbulu prosesini özündə ehtiva edən bu mərhələlərdən sonra baş tutacaq", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün tədrisi digər dillərdə aparılan bəzi məktəblərə qəbulun dayandırıldığı barədə xəbərlər yayılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək