Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Misir Mərdanov: "Abituriyentlərə sual hazırlayanla...
Misir Mərdanov: "Abituriyentlərə sual hazırlayanların özləri yoxlanılmalıdır"
Təhsil

Misir Mərdanov: "Abituriyentlərə sual hazırlayanların özləri yoxlanılmalıdır"

Xpress.az Redaksiyası 05.06.2026 19:09

 Araşdırmalar göstərir ki, son illərdə abituriyentlərin qəbul imtahanlarında topladığı ballarda əvvəlki illərlə müqayisədə azalma müşahidə olunur. Bəzi ekspertlər bunu məktəblilərin mobil telefon və digər texnoloji vasitələrdən asılılığı, eləcə də imtahan suallarının həddindən artıq çətin olması ilə əlaqələndirirlər.

Məsələ ilə bağlı sabiq təhsil naziri Misir Mərdanov Xpress.az-a açıqlama verib.

“Bu sahədən uzaq olmağıma baxmayaraq, cəmiyyətdə gedən müzakirələrə və sosial şəbəkələrdə səsləndirilən fikirlərə əsaslanaraq apardığım müşahidələr göstərir ki, imtahan sualları getdikcə çətinləşdirilir. Zənnimcə, əsas səbəb də məhz budur.

Buna görə də hər il müəyyən maddi imkanı olan ailələrin övladlarının böyük hissəsi təhsil almaq üçün xaricə üz tutur”, – deyə o bildirib.

Problemin həlli yollarına gəlincə, sabiq nazir fikirlərini belə ifadə edib:

“Sualları hazırlayan və qiymətləndirən şəxslərin fəaliyyəti də qiymətləndirilməlidir. Onlar müstəntiq deyillər ki, insanların övladlarını sorğu-suala tutsunlar. Onların işi də obyektiv şəkildə dəyərləndirilməlidir.

Artıq 30 ildir ki, bu sistem tətbiq olunur. Bu 30 il ərzində Azərbaycandan neçə görkəmli alim yetişib? 600-dən yuxarı bal toplayan məzunların sonrakı fəaliyyəti və ya hazırda harada olmaları barədə sistemli məlumat varmı? Təəssüf ki, yoxdur.

Bütün bunlar nəzərdən keçirilməli, imtahan suallarını hazırlayanların fəaliyyətinə qiymət verilməli və əldə olunan nəticələr hər il ictimai müzakirəyə çıxarılmalıdır”, – deyə Misir Mərdanov fikrini tamamlayıb.

Afaq Qurbanzadə

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək