Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Vasif Eyvazzadə:
Vasif Eyvazzadə:
Təhsil

Vasif Eyvazzadə: “Gənclərin uğuru təkcə diplomla ölçülməyəcək”

Xpress.az Redaksiyası 08.06.2026 15:37

Gənclərin yaradıcılıq potensialı təkcə fərdi istedaddan deyil, həm də güclü və düzgün qurulmuş təhsil sistemindən asılıdır. Bu baxımdan Azərbaycan gənclərinin bacarıqlarını inkişaf etdirməsi və imkanlarını genişləndirməsi üçün təhsil mühitində atılacaq addımlar xüsusi əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı CCEI – Mədəniyyət və Təhsil İnstitutunun sədri, BilikHub Azərbaycanın qurucusu Vasif Eyvazzadə Xpress.az-a açıqlama verib.
"ABŞ-də təhsil, liderlik və innovasiya mühitini yaxından müşahidə etmiş bir şəxs kimi Azərbaycan gənclərinin yaradıcılıq potensialının çox yüksək olduğu qənaətindəyəm. Əsas məsələ bu potensialın erkən yaşlardan aşkarlanması, inkişaf etdirilməsi və real dəyərə çevrilməsidir",-deyə o bildirib.


Mütəxəssis qeyd edir ki, bu gün süni intellekt, rəqəmsallaşma və texnoloji dəyişikliklər əmək bazarını sürətlə transformasiya edir. Buna görə də təhsil sisteminin məqsədi yalnız bilik ötürmək deyil, həm də düşünməyi, sual verməyi, problem həll etməyi və yeni imkanlar yaratmağı öyrətmək olmalıdır.
"Məktəb və universitetlərdə dizayn düşüncəsi, adaptivlik, təşəbbüskarlıq, sahibkarlıq, innovasiya və süni intellekt savadlılığı daha geniş tətbiq edilməlidir. Gənclər problemləri insan mərkəzli şəkildə təhlil etməyi, yaradıcı həllər hazırlamağı, ideyaları sınaqdan keçirməyi və uğursuzluqlardan öyrənməyi bacarmalıdırlar,"-deyə 
Vasif Eyvazzadə qeyd edib.O vurğulayıb ki, gələcəyin uğurlu gənci yalnız diplom sahibi olan deyil, aldığı təhsili və qazandığı təcrübəni iqtisadi, sosial və intellektual dəyərə çevirə bilən şəxs olacaq. Təhsil sadəcə bilik toplamaq prosesi deyil, həmin biliklərdən istifadə edərək yeni həllər, layihələr və təşəbbüslər yaratmaq bacarığıdır.
Onun sözlərinə görə, məhz bu yanaşmadan çıxış edərək CCEI çərçivəsində BilikHub Azərbaycan təşəbbüsü inkişaf etdirilir. Məqsəd gəncləri yalnız diplomla deyil, yaradıcı düşüncə, rəqəmsal bacarıqlar, sahibkarlıq ruhu, liderlik keyfiyyətləri və real layihə təcrübəsi ilə gələcəyə hazırlamaqdır.
Mütəxəssis hesab edir ki, innovasiya, rəqəmsal transformasiya və süni intellekt sahələrinə dövlət səviyyəsində göstərilən diqqət strateji əhəmiyyət daşıyır. İndi əsas vəzifə dövlət, özəl sektor və təhsil müəssisələrinin birgə əməkdaşlığı ilə bu baxışın real nəticələrə çevrilməsidir.
“Azərbaycanın gələcək uğuru məhz düşünən, yaradan, təşəbbüs göstərən və dəyişən dünyaya uyğunlaşa bilən gənclərdən asılı olacaq”, – deyə o bildirib.

Afaq Qurbanzadə

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək