Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycan xalçaçılığı: əl işindən əbədiyyətə
Azərbaycan xalçaçılığı: əl işindən əbədiyyətə
Ana səhifə

Azərbaycan xalçaçılığı: əl işindən əbədiyyətə

Xpress.az Redaksiyası 05.10.2025 16:28

Azərbaycan xalçası - ipəkdə gizlənmiş tarix, rənglərə hopmuş tale, ilmə-ilmə toxunmuş sevgi və səbr hekayəsidir.

Nənələrimizin dua ilə başladığı, göz yaşı ilə ilmələdiyi xalçalar bu torpağın yaddaşıdır. Biz xalça toxumuruq, əslində biz duanı ilmələyirik, zamanla danışırıq. Hər bir naxış, hər bir buta bir əhvalatdır. Təkcə ayağın altına sərilən bir parça deyil xalça - o, millətin şərəfidir, kimliyidir, mədəniyyətidir.

Nənəmin ilmələri

Uşaqlığımda nənəm evin bir küncündə xalça toxuyardı. Onun barmaqları ilmə üzərində nə qədər ustalıqla gəzir, ipi çəkəndə sanki zamanı da çəkirdi özü ilə. “Bu butanı düz qoy, yadına düşəcək,” — deyirdi. Nə vaxtsa bu sözlərin mənasını anlamadım. Ta ki illər sonra Qarabağdan gələn bir qadının əli ilə toxuduğu köhnə bir xalçaya baxanda, o buta mənə nənəmin gülüşünü xatırlatdı.

Xalçalar unutmurmuş…

Xalçanın hər rəngi danışır:

Qırmızı - qan demək deyil, sevgi və enerji deməkdir.

Göy - səmanın ümididir.

Yaşıl - həyatın, baharın nəfəsidir.

Sarı - bəzən qürbət, bəzən xatirə.

Bunlar sadəcə rəng deyil, ruh halıdır. Xalça sənəti bəzək deyil, psixoloji özünütəqdim formasıdır. Xalq öz ağrısını, sevincini, dualarını xalçaya hopdurur.

Hər bölgə bir dastan

Təbrizdə toxunan xalçalar zərifliyi ilə fransız ipəyini utandırar, Qubanın geometrik kompozisiyaları bir riyaziyyat kitabı qədər dəqiqdir. Qarabağ xalçalarında isə savaşla yanaşı, sülh, gözəllik və məğrurluq yaşayır. Bir xalça - bir millət dastanı.

Zamanı saxlamaq mümkündürmü?

Dünyada çox az sənət var ki, həm praktiki, həm estetik, həm də mənəvi anlam daşısın. Xalça bunların hamısıdır. Bu səbəbdən, UNESCO bu sənəti bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanıyıb.

Bu bizim üçün sadəcə status deyil. Bu, nəsildən-nəslə keçən əmanətin möhürüdür.

Samirə YUSİFOVA

Şəki Xalq Tətbiqi Sənəti Muzeyinin elmi işçisi

Məqalə 2 iyul 2025-ci ildə “Ədəbiyyat və incəsənət” saytında dərc olunub

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Azərbaycanda sahibkarların ən çox olduğu iqtisadi rayonlar - SİYAHI

03.11.2026 10:11 İqtisadiyyat

Qadınların xoşbəxt yaşaması üçün imtina etməli olduğu

03.11.2026 09:59 Cəmiyyət

2027-ci ildə üç bürcü xoşbəxtlik gözləyir:

03.11.2026 09:25 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək