Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Lahıcın kürəbənd şəbəkəsi:
Lahıcın kürəbənd şəbəkəsi:
Ana səhifə

Lahıcın kürəbənd şəbəkəsi: maddi mədəni irs nümunəsi - FOTO

Xpress.az Redaksiyası 11.04.2026 09:02

Lahıc Azərbaycanın qədim dağ yaşayış məskənlərindən biri kimi yalnız memarlıq üslubu və sənətkarlıq ənənələri ilə deyil, həm də yüksək səviyyədə formalaşmış səhərsalma sistemi ilə seçilir. Bu sistemin ən mühüm və diqqətəlayiq komponentlərindən biri kanalizasiya (kürəbənd) şəbəkəsidir. Lahıcın kanalizasiya infrastrukturu orta əsr şəhər mühəndisliyinin nadir nümunələrindən biri olmaqla həm texniki, həm də sosial- gigiyenik əhəmiyyəti baxımından xüsusi elmi maraq doğurur.

Lahıcın coğrafi mövqeyi - dağlıq relyefdə, məhdud ərazidə və sıx tikililər şəraitində yerləşməsi – burada suyun idarə olunmasını həyati zərurətə çevirib. Bu şəraitdə formalaşan kanalizasiya sistemi yağış və məişət sularının səmərəli şəkildə kənarlaşdırılmasını təmin etməklə yanaşı, torpaq sürüşmələrinin, erroziyanın və tikililərin zədələnməsinin qarşısını alıb. Beləliklə, sistem yalnız sanitariya məqsədi daşımır, eyni zamanda şəhərin fiziki dayanıqlılığını qoruyan mühüm mühəndislik həlli kimi çıxış edir.

Lahıc kanalizasiya şəbəkəsi əsasən yeraltı daş kanallardan ibarətdir. Bu kanallar küçələrin altından keçərək vahid sistem halında birləşir və qəsəbədən kənara istiqamətləndirilir. Tikintidə istifadə olunan yonulmuş daş materiallar sistemin uzunömürlülüyünü təmin edir, əsrlər boyu onun fuksionallığını qoruyub saxnanılmasına imkan yaradır. Kanalizasiya xətləri təbii relyefin meyilliyinə uyğun şəkildə qurulub, beləliklə, suyun cazibə qüvvəsi ilə axın təmin edilir. Bu prinsip müasir mühəndislikdə “enerjisiz axın” sistemi kimi tanınır və davamlı şəhərsalmanın əsas elementlərindən biri hesab olunur.

Əsas məqamlardan biri də fərdi yaşayış evlərinin bu ümumi sistemə inteqrasiya olunmasıdır. Demək olar ki, hər bir evindaxili su axını bu yeraltı şəbəkəyə qoşulub ki, bu da mərkəzləşdirilmiş kanalizasiya sisteminin erkən forması kimi qiymətləndirilə bilər. 

Lahıc kanalizasiya sistemi şəhər mədəniyyətinin və ictimai gigiyena anlayışının formalaşmasında mühüm rol oynayır. Orta əsrlərdə bir çox yaşayış məntəqələrində sanitariya şəraitinin zəif olduğu nəzərə alınarsa, Lahıcda bu cür inkişaf etmiş sistemin mövcudluğu əhalinin yüksək həyat tərzindən və təşkilatlanma səviyyəsindən xəbər verir. Kanalizasiya şəbəkəsi tullantı sularını vaxtında uzaqlaşdırılmasını təmin etməklə yoluxucu xəstəliklərin yayılma riskini azaldır, küçə və məhəllələrin çirklənməsinin qarşısını alır.

Qəsəbənin daş döşəməli küçələrinin altında yerləşən bu yeraltı sistem təxminən 0.8 metr eni və 1 metr hündürlüyə malik daş kanallardan ibarətdir. Bu ölçülər yalnız su axınını sərbəst hərəkətini deyil, eyni zamanda zərurət yarananda insanların daxil olmaq texniki baxış aparılmasını mümkün edir. Sistemin ümumi uzunluğunun 20 kilometrdən artıq olması, Lahıc kimi nisbətən kiçik əraziyə malik dağ qəsəbəsi üçün olduqca böyük mühəndislik göstəricisidir. Beləliklə, Lahıc kanalizasiya sistemi yalnız lokal həll deyil, bütöv şəhər miqyasında düşünülmüş, planlı və davamlı mühəndislik quruluşu kimi çıxış edir və maddi mədəni irsin ən qiymətli nümayəndələrindən biri hesab olunur. Bu baxımdan Lahıc nümunəsi həm tarixçilər, həm memarlar, həm də şəhərsalma mütəxəsisləri üçün qiymətli tədqiqat obyektidir.

Ağaməşədi ƏLİYEV 

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

"Şərq" qəzeti

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək