Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Həkimdən xəbərdarlıq:
Həkimdən xəbərdarlıq:
Sağlamlıq

Həkimdən xəbərdarlıq: Günəş yanığında bunu etmək təhlükəli ola bilər

Xpress.az Redaksiyası 09.06.2026 15:05

Günəş yanığı zamanı dəriyə kefir və ya xama sürtmək infeksiyaya səbəb ola bilər.

Bunu həkim-kosmetoloq Larisa Lyubina bildirib.

Onun sözlərinə görə, bu xalq üsulu dəri üzərində yağlı təbəqə əmələ gətirir ki, bu da istilik mübadiləsini zəiflədir və yanığın daha da ağırlaşmasına səbəb olur. Bundan əlavə, süd məhsullarının tərkibindəki bakteriyalar infeksiya riskini artırır.

Həkim qeyd edib ki, günəş yanığından sonra dəridə suluqlar əmələ gələrsə, onları deşmək olmaz. Çünki suluq dərinin təbii və steril müdafiə qatıdır. Onun zədələnməsi infeksiyanın dəriyə daxil olması üçün şərait yaradır.

Larisa Lyubina uzun müddət günəş altında qalan şəxslərə sərinləşdirici duş qəbul etməyi, dərini zərif şəkildə təmizləməyi və aloe vera, pantenol və ya hialuron turşusu tərkibli kremlərlə bol şəkildə nəmləndirməyi tövsiyə edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək