Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Su ilə daşın söhbəti -
Su ilə daşın söhbəti -
Ana səhifə

Su ilə daşın söhbəti - Dəyirmanlar

Xpress.az Redaksiyası 03.06.2026 13:51

Dəyirman qədim dövrlərdə insanların gündəlik ehtiyaclarını ödəmək üçün yaratdıqları mühüm təsərüfat qurğusudur. Onun əsas funksiyası müxtəlif xammalları,  xüsusən buğdanı üyüdüb un halına salmaqdır. Dəyirman ən sadə formada iki daşdan ibarət olur: biri sabit, digəri isə hərəkətlidir. Hərəkət edən daş suyun gücü ilə fırlanaraq buğdanı üyüdüb un halına salır.

Dəyirman ən qədim dövrlərdə mövcud olmuşdur. İlk əl dəyirmanları təxminən  e.ə VI-V minilliklərdə, yəni Neolit dövründə yaranmışdır. Sonralar su dəyirmanları e.ə III əsrdə Yunanıstanda, IX – X əsrlərdə külək dəyirmanı – Şərqdə, Orta Asiyada geniş yayılmışdır.

Lahıcda həm əl dəyirmanı, həm də su dəyirmanindan istifadə olunub. Əl dəyirmanına  Lahıc camaatı sanqdəstor deyirlər, o da su dəyirmanı kimi iki daşdan ibarətdir, amma  kiçik ölçüdədir. Lahıcda dəyirmanların yaranma tarixi çox qədimdir. Qəsəbənin su bolluğu - xüsusən Girdimançayın qolları üzərində salınmış arxlar dəyirmanların inkişafı üçün əlverişli şərait yaratmışdır. 

Arxeoloji tədiqatlar və yerli rəvayətlərə görə Lahıcda dəyirman XIII – XIV əslərdə mövcud olmuşdur. 2000-ci illərə qədər Lahıcın yerli iqtisadiyyatında mühüm yer tuturdu. Lahıc dəyirmanları bu gün artıq işlək vəziyyətdə  olmasa da bir tarixi abidə kimi qorunur.

Dəyirmanlar təkcə fiziki qurğu deyil , xalqın yaradıcı düşüncəsinin və əmək ənənələrinin canlı nişanəsidir. Artıq dəyirman daşları, novları, çaxçağ, taxta qapılar bu torpaqda mədəni sivilizasiyanin səssiz şahidlərinə çevriliblər.

Bu gün dəyirman daşlarının bir çoxu susub, çarxların fırlanması dayanıb. Lakin o dəyirmanların yerində hələ də bir ruhi axın var – xalqın yaddaşında, ustaların dilində, Lahıcın dağ küləklərində. O dəyirmanlar bizə təkcə çörəyin necə ərsəyə gəldiyini yox , əməyin, səbrin və birliyin də necə yaranıb yaşadığını xatırladır.

Ağaməşədi ƏLİYEV 

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək