Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Məzahir Əfəndiyev: "Bu günün məzunları sabahın güc...
Məzahir Əfəndiyev: "Bu günün məzunları sabahın güclü Azərbaycanını quracaqlar"
Təhsil

Məzahir Əfəndiyev: "Bu günün məzunları sabahın güclü Azərbaycanını quracaqlar"

Xpress.az Redaksiyası 13.06.2026 23:08

İyunun 13-də 92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Ağdaş rayonunun Birinci Aral kənd və Göyçay şəhərindəki Rəsul Rza adına 1 saylı tam orta məktəblərinə səfər edərək “Son zəng” günü münasibətilə təşkil olunan tədbirlərdə iştirak edib, bu unudulmaz gündə məzunları, valideynləri və pedaqoji kollektivi səmimi qəlbdən təbrik edib.


Çıxışı zamanı gənclərimizə gələcək həyatlarında müvəffəqiyyətlər arzulayan millət vəkili onların müasir Azərbaycanın lokomotiv qüvvəsi olduğunu qeyd edərək, düzgün vətəndaş mövqeyi nümayiş etdirməklə bundan sonra Vətənimizin, xalqımızın və insanlarımızın rifahı naminə səy və bacarıqlarını əsirgəməyəcəklərinə əminliyini ifadə edib.
M. Əfəndiyev “Son zəng” gününün böyük sevinc hissi ilə qeyd olunduğunu bildirib. O qeyd edib ki, bu gün həm gənclərimizin əldə etdikləri bilik və bacarıqlarla yeni həyat yoluna qədəm qoymasını, valideyn və müəllimlərimizin yaşadıqları qürur kimi əvəzolunmaz hissləri özündə ehtiva edir, eyni zamanda suveren Azərbaycan Respublikasının hər bir şəhər, rayon və kəndində böyük fəxarət hissi ilə qeyd olunur.
Təhsilin əhalinin maariflənməsində, xüsusilə gənclərimizin formalaşmasında rolunu vurğulayan deputat məzunlara yeni çağırışları nəzərə alaraq təhsillərini davam etdirməyi və düzgün peşəyə yiyələnməyi arzulayıb. Bu prosesdə pedaqoji heyətin səy və əzmkarlıq göstərməsinin vacibliyi vurğulanıb.
Tədbirlər məzunların hazırladıqları konsert proqramının nümayişi və xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.
Tədbirlərdən sonra M. Əfəndiyev təhsil müəssisələrində məktəb binalarının təchizatı və mövcud şəraiti ilə yaxından tanış olub, həmçinin pedaqoji kollektiv tərəfindən məktəb və təhsillə bağlı səsləndirilən təklifləri müzakirə edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək