Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Ankarada Azərbaycan dili kurslarında şifahi və yaz...
Ankarada Azərbaycan dili kurslarında şifahi və yazılı sınaqlar başa çatıb -
Təhsil

Ankarada Azərbaycan dili kurslarında şifahi və yazılı sınaqlar başa çatıb - FOTO

Xpress.az Redaksiyası 19.06.2026 12:12

Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Gazi Universitetində təşkil olunan Azərbaycan Türkçəsi Tədris Ocağında Dil kursunda təhsil alan müdavimlər üçün semestrin yekun imtahanları keçirilib.

Mərkəzdən Xpress.az-a bildirilib ki, şifahi imtahanın qiymətləndirmə komissiyasının tərkibində Azərbaycan Mədəniyyət Mərkəzinin Başkanı Samir Abbasov, Gazi Universitetinin Türk Dünyası Araşdırmaları və Tətbiqi Mərkəzinin müdiri, professor Bülənt Aksoy və kursun təlimçisi, dr. Şəhla İbişova iştirak ediblər.

Qeyd edək ki, kurs iştirakçıları əvvəlcə yazılı imtahanda iştirak ediblər. İmtahan zamanı onların qrammatika, oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqları yoxlanılıb. Yazılı mərhələni uğurla başa vuran müdavimlər daha sonra şifahi imtahana cəlb olunublar.

Şifahi imtahan öncəsi Azərbaycan dili kursunun təlimçisi, dr. Şəhla İbişova kursların fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verib. O, bu tədris dövründə kurslarda əsasən Türkiyə vətəndaşları iştirak etsələr də, Qazaxıstan, Şimali Makedoniya və Özbəkistandan olan tələbələr də Azərbaycan dilini öyrəndiyini, Türkiyədə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələr Azərbaycan dilinin başlanğıc səviyyəsi üzrə proqramı uğurla tamamladığını qeyd edib. Qeyd olunub ki, dərslər çərçivəsində yalnız Azərbaycan dilinin qrammatikası tədris edilməyib, eyni zamanda ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi və ümumi mədəni irsi ilə bağlı mövzulara da geniş yer ayrılıb.

Bununla yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən kurs müdavimləri üçün Bakı şəhərində yay məktəbi proqramı təşkil olunub. Proqram çərçivəsində iştirakçılar müxtəlif təhsil müəssisələrini, tarixi və mədəni məkanları ziyarət edib, tanınmış ədəbiyyat və elm xadimləri ilə görüşlər keçiriblər. Bildirilib ki, bu səfər tələbələrin dərslərdə əldə etdikləri bilikləri praktik şəkildə möhkəmləndirmələrinə və Azərbaycanı daha yaxından tanımalarına mühüm töhfə verib. 

Daha sonra keçirilən şifahi imtahanda müdavimlərə kurs proqramı və ümumi dünyagörüşü ilə bağlı suallar ünvanlanıb. 
İştirakçılar sualları Azərbaycan dilində cavablandıraraq dil üzrə əldə etdikləri başlanğıc səviyyəli bilik və bacarıqları nümayiş etdirib, eyni zamanda kurslarla bağlı təəssüratlarını bölüşüblər. 
Həm yazılı, həm də şifahi imtahanlardan müvafiq nəticə əldə edən müdavimlərə Azərbaycan Mədəniyyət Mərkəzi ilə Gazi Universitetinin birgə əməkdaşlığı çərçivəsində rəsmi sertifikatların təqdim olunacağı bildirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək