Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Magistraturaya qəbulda zəif nəticə göstərən univer...
Magistraturaya qəbulda zəif nəticə göstərən universitetlər
Təhsil

Magistraturaya qəbulda zəif nəticə göstərən universitetlər

Xpress.az Redaksiyası 20.06.2026 22:00

Magistratura səviyyəsində dövlət sifarişi üzrə qəbul nəticələrinə dair göstəricilər açıqlanıb.

 AzEdu.az 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəli nəşrini araşdırıb.

Məlumata əsasən, dövlət ali təhsil müəssisələri arasında dövlət sifarişi ilə tələbə qəbulunda ən zəif nəticə Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Texnologiya Universitetində qeydə alınıb. Bu ali məktəblərdə dövlət sifarişi üzrə ayrılan yerlərə qəbul faizi 20 faizdən aşağı olub. Naxçıvan Müəllimlər İnstitutuna isə ümumiyyətlə qəbul qeydə alınmayıb.

Özəl ali təhsil müəssisələri- Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Xəzər Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Qızlar Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasıda dövlət sifarişi üzrə magistratura qəbulunda iştirak edib.Məlumata görə, özəl universitetlər ümumilikdə 1341 tələbəni dövlət sifarişi hesabına qəbul etmək imkanına malik olub. Bu yerlərin 138-i birbaşa özəl ali məktəblərin inhisarında olan yerlər olub.

Qəbul imtahanlarında yüksək nəticə göstərən 150 bakalavr müsabiqə nəticəsində öz istəyi ilə müxtəlif özəl ali təhsil müəssisələrini seçib. Onlardan 66 nəfər (44 faiz) Xəzər Universitetini, 27 nəfər (18 faiz) Qərbi Kaspi Universitetini, 24 nəfər (16 faiz) isə Odlar Yurdu Universitetini seçib.

Göstəricilər Bakı Qızlar Universiteti və Bakı Avrasiya Universitetinin yüksək nəticəli bakalavrlar arasında ciddi üstünlük qazana bilmədiyini də ortaya qoyub. Qeyd edilib ki, dövlət hesabına təhsil almaq hüququ qazanan bakalavrların heç biri bu universitetləri seçməyib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək