Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Valideyn uşağını kukla kimi görməməlidir -
Valideyn uşağını kukla kimi görməməlidir -
Təhsil

Valideyn uşağını kukla kimi görməməlidir - DİM sədri

Xpress.az Redaksiyası 23.06.2026 11:47

Əgər valideyn həqiqətən övladını sevirsə, onu sadəcə bir əyləncə və ya gözəl geyindirilmiş kukla kimi görməməlidir.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend və Baku TV-yə birgə müsahibəsində bildirib.

DİM sədrinin sözlərinə görə, hər kəs valideyndir, amma valideyn olmaq təkcə bu statusla bitmir:

"Real valideyn olmaq üçün həyata ciddi yanaşmaq, müəyyən dəyərlərə sahib olmaq və övladına hansı şəxsiyyəti formalaşdırmaq istədiyini aydın bilmək lazımdır. Bu, çox ağır bir məsuliyyətdir. Hər kəsin öz işi var, amma valideyn olmaq da bir işdir. Bu işi başqasına həvalə edib “müəllim cavabdehdir” düşüncəsi ilə yanaşmaq təəssüf ki, bəzi hallarda rast gəlinir. Halbuki valideyn öz övladını hamıdan yaxşı tanıyır və onun nəyə qadir olduğunu ən düzgün şəkildə qiymətləndirə bilər. Əlbəttə, bu, yalnız özünü də düzgün qiymətləndirməyi bacaran valideynlərə aiddir. Hazırda müəllimə müraciət təkcə ali məktəbə qəbul üçün deyil, hətta birinci sinfə hazırlıq üçün də edilir.

Halbuki birinci sinfə hazırlıq üçün uşaqla vaxt keçirmək, ona kitablar oxumaq, nağıllar danışmaq və beş yaşına qədər onunla maraqlanmaq lazımdır. Bu isə zaman, səbir və diqqət tələb edir. Əgər valideyn həqiqətən övladını sevirsə, onu sadəcə bir əyləncə və ya “gözəl geyindirilmiş kukla” kimi görməməlidir. Çünki uşaq bir şəxsiyyətdir və onu formalaşdırmaq üçün valideynin özü də aktiv şəkildə çalışmalıdır ki, uşaq da sənə əsaslanıb, sənin verdiyin dəyərlərə əsaslanıb bir şəxsiyyət kimi formalaşsın. Bax, bu çox çətin bir işdir. İndi uşaqlarda məsuliyyət hissi, öz vaxtını düzgün istifadə etmək kimi bacarıqları formalaşdırmaq indiki zamanda daha çətindir. Çünki yenə də təkrar edirəm, əylənmək üçün kifayət qədər imkanlar çoxalıb. Mən heç kimi qınamıram, başa düşürəm ki, hər ailənin vəziyyəti fərqlidir. Amma valideyn əgər uşağını sevirsə, o, özü də uşaqla məşğul olmalı, onu dinləməli, onun maraq və bacarıqlarının formalaşmasında bilavasitə iştirak etməlidir".

Məleykə Abbaszadə qeyd edib ki, müvafiq kitablar, materiallar, model testlərlə təmin olunan uşaqlar qəbul imtahanlarını rahatlıqla verə bilərlər. Onun sözlərinə görə, hər il yüzlərlə uşaq belə qəbul olunur:

"Mən müşahidə edirəm ki, bəzi gənc ailələr bu məsələyə daha məsuliyyətli yanaşırlar. Uşaqlarla daha çox vaxt keçirir, onlarla aktiv şəkildə məşğul olurlar. Ataların da prosesdən kənarda qalmaması çox müsbət haldır. Bu, əvvəlki dövrlərlə müqayisədə yaxşı bir dəyişiklikdir. Valideynlik müasir dövrdə çox ağır, amma eyni zamanda ən vacib işdir. Hətta karyeradan da önəmlidir, çünki sənin böyütdüyün insan sənin gələcəkdə ən yaxın dayağın olur. Əslində uşaqların taleyi bizim əlimizdədir. Amma eyni zamanda da bizim taleyimiz gənclərin əlindədir. Biz onları necə tərbiyə eləyəcəyiksə, gələcəkdə bizim taleyimiz də onların əlində olacaq. Ona görə də öz vaxtını, sevgisini valideyn uşaqdan əsirgəmirsə, o uşaq xoşbəxt insan kimi böyüyəcək. Və fərqi yoxdur, o, bir il gec ali məktəbə qəbul olundu, yoxsa həmin il. Əsas odur ki, o xoşbəxt bir insan olacaq. Müvafiq kitablar, materiallar, model testlərlə təmin olunan uşaqlar qəbul imtahanlarını rahatlıqla verə bilərlər. Biz kifayət qədər metodiki material buraxırıq və onlarla məşğul olan uşaqlar özləri qəbul olunur. Hər il yüzlərlə belə qəbul olunan uşaqlar var. Amma təəssüflər olsun, o uşaqlar böyük şəhərlərdə yox, bizim müxtəlif qəsəbələrdən olur".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək