Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarınd...
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb:
Təhsil

MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır"

Xpress.az Redaksiyası 23.06.2026 16:15

23 iyun 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov qlobal transformativ şirkət olan “Clarivate”in “Ustadla görüş: Tədqiqatda Keyfiyyətə Doğru” rubrikasının fəxri qonağı olub.

“Clarivate” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Xəyalə Hacıyevanın moderatorluğu ilə təşkil olunan və “Journal Citation Reports”™️ (JCR) Platformasının 2026-cı il Buraxılışının İcmalı və Yenilikləri” mövzusuna həsr olunan onlayn vebinarda ölkənin və xaricinin müxtəlif universitet və institutlarından yüzlərlə tədqiqatçı, professor-müəllim heyəti və gənc alimlər iştirak edib.
Vebinarın keçirilməsində əsas məqsəd Azərbaycanın elm, təhsil və tədqiqat mühitində mühüm rol oynayan ali təhsil rəhbərləri ilə akademik heyəti bir araya gətirmək, tədqiqatda keyfiyyət, beynəlxalq elmi bazalar və müasir akademik göstəricilər barədə faydalı təcrübə mübadiləsi aparmaqdan ibarət olub.
Tədbirdə çıxış edən MDU rektoru Anar Eminov müasir dövrdə ali təhsil müəssisələrinin beynəlxalq elmi mühitə inteqrasiyasında “Clarivate” və “Web of Science” kimi qlobal platformaların rolunu xüsusi vurğulayıb. Rektor bildirib ki, elmi nəşrlərin düzgün qiymətləndirilməsi, tədqiqat keyfiyyətinin yüksəldilməsi və impakt faktor göstəricilərinin təhlili universitetlərin strateji inkişaf hədəflərinin mühüm tərkib hissəsidir.
“Müasir universitetlərin rəqabəti binaların hündürlüyü ilə deyil, elmi təsirin dərinliyi ilə ölçülür. Keyfiyyətli elm olduqda indekslənmə onun təbii nəticəsinə çevrilir”, – deyə Anar Eminov qeyd edib.
Region universitetlərində elmi potensialın gücləndirilməsinə toxunan rektor bildirib ki, beynəlxalq elmi platformaların təqdim etdiyi analitik imkanlar akademik fəaliyyətin daha şəffaf, ölçüləbilən və nəticəyönümlü idarə olunmasına şərait yaradır. O, bu cür vebinarların tədqiqatçıların qlobal elmi mühitə inteqrasiyası, yüksək indeksli nəşrlərə çıxışı və universitetlərin beynəlxalq akademik nüfuzunun artırılması baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Anar Eminov qeyd edib ki, MDU-da son illərdə beynəlxalq elmi görünürlüğün artırılması və əməkdaşların nüfuzlu indeks bazalarında təmsil olunan jurnallarda nəşr fəaliyyətinin stimullaşdırılması prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə yüksək kvartilli jurnallarda dərc olunan elmi məqalələrə görə mükafatlandırma mexanizmi təkmilləşdirilib. Hazırda Q1 kvartilli jurnallarda dərc edilmiş və indekslənmiş məqalələrə görə birdəfəlik mükafatın məbləği 3000 manat təşkil edir.
Rektor, həmçinin universitetdə elmi fəaliyyətin davamlı qiymətləndirilməsi məqsədilə ASİS – Akademik Stimullaşdırma və İndeksləmə Sistemi adlı rəqəmsal platformanın yaradıldığını bildirib. Platforma vasitəsilə əməkdaşların elmi fəaliyyət göstəriciləri, indekslənən məqalələrin sayı, nəşrin kvartili və digər akademik nəticələr sistemli şəkildə qiymətləndirilir. Cari ilin sonundan etibarən ASİS platforması əsasında formalaşacaq reytinq nəticələrinə uyğun olaraq yüksək göstəricilər əldə edən əməkdaşlara aylıq əməkhaqqına 30 faizədək əlavə tətbiq olunması nəzərdə tutulur.
Çıxışda Mingəçevir Dövlət Universitetinin Web of Science bazasında elmi görünürlüğünün mərhələli şəkildə artdığı da diqqətə çatdırılıb. Bildirilib ki, MDU üzrə ümumi WoS məqalələrinin sayı 41-dir. 2024-cü ildə universitet üzrə 5, 2025-ci ildə 9, 2026-cı ildə isə hazırkı mərhələyə qədər 7 məqalə qeydə alınıb. Bu göstəricilər universitetdə elmi nəşr mədəniyyətinin inkişaf etdirilməsi, beynəlxalq indeksli jurnallara çıxış imkanlarının genişləndirilməsi və tədqiqatçıların qlobal akademik mühitə inteqrasiyası istiqamətində aparılan işlərin nəticəsi kimi qiymətləndirilib.
Daha sonra vebinarda “Journal Citation Reports”™️ platformasının 2026-cı il buraxılışındakı ən son yeniliklər, elmi jurnalların reytinq göstəriciləri və tədqiqatçıların beynəlxalq bazalardan effektiv istifadə imkanları barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, tədqiqata və akademik inkişafa dəstək məqsədilə keçirilən bu beynəlxalq statuslu vebinarın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək