Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Tarixlərində ilk dəfə qrup oyunlarının hamısında q...
Tarixlərində ilk dəfə qrup oyunlarının hamısında qalib gəldilər
İdman

Tarixlərində ilk dəfə qrup oyunlarının hamısında qalib gəldilər

Xpress.az Redaksiyası 25.06.2026 12:11

Meksika millisi DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Çexiya yığmasını 3:0 hesabı ilə məğlub edib.

Bununla da mundialın təşkilatçı ölkələrindən olan Meksikanın yığması dünya çempionatları tarixində ilk dəfə qrup mərhələsinin hər üç oyununda qələbə qazanıb.

Beynəlxalq Futbol Federasiyasının (FİFA) məlumatına görə, meksikalılar həmçinin 1970-ci ildən bəri ilk dəfə qrup mərhələsini qol buraxmadan başa vurublar.

Bundan başqa, Meksika millisi dünya çempionatlarındakı qələbə seriyasını 4 oyuna çatdırıb ki, bu da komandanın mundiallar tarixindəki ən uzun qalibiyyət seriyasıdır.

Qeyd edək ki, meksikalılar DÇ-2022-də Səudiyyə Ərəbistanını 2:1 hesabı ilə məğlub etmişdilər. DÇ-2026-da isə qrup mərhələsində bütün görüşlərdə qalib gələrək növbəti mərhələyə yüksəliblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək