“Baku” jurnalında Vahid Şükürovun kitabı haqqında MƏQALƏ DƏRC OLUNUB - FOTO
“Baku” jurnalında Dövlət Turizm Agentliyinin (DTA) Qoruqları İdarəetmə Mərkəzinin (QİM) sektor müdiri Vahid Şükürovun müəllifi olduğu “Azərbaycan mozaikası. Rənglərin simfoniyası” kitabı haqqında məqalə dərc olunub.
Xpress.az xəbər verir ki, jurnalın əməkdaşı Andrey Zaxarevin hazırladığı "Azərbaycan mozaikaları. Rənglər simfoniyası" kitabı: tarix parçaları” adlı məqalədə qeyd olunub ki, canlı albom üslubunda nəşr edilən kitabda Azərbaycan monumental dekorativ incəsənətinin bir hissəsi olan mozaikadan geniş bəhs edilib.

Bildirilib ki, kitab Azərbaycan mozaikalarına həsr olunsa da, min illər əvvəl yaranan bu sənət növünün tarixinə də ekskursiya edilir. Kitabda 300-ə yaxın mozaika fotosu təqdim olunur, həmçinin onların müəllifi barədə məlumat verilir.
Məqalədə qeyd olunur ki, Azərbaycanda mozaikalar memarlıqda da xüsusi yer tutub və özünəməxsus bir xarakter qazanıb. Buna misal olaraq Səadət Sarayı, Bakı Kondisioner Zavodu, Azərbaycan Nəşriyyatı, 6 nömrəli çörək zavodu, Yasamal Telefon Qovşağı – ATS, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda və digər ünvanlardakı mozaikalar nümunə göstərilib.

Məqalə ilə ətraflı tanış olmaq üçün bu linkdən keçid edə bilərsiniz: "Azərbaycan mozaikaları. Rənglər simfoniyası" kitabı: tarix parçaları”





