Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycan və İtaliya müdafiə sahəsində əməkdaşlığ...
Azərbaycan və İtaliya müdafiə sahəsində əməkdaşlığə müzakirə edib
Siyasət

Azərbaycan və İtaliya müdafiə sahəsində əməkdaşlığə müzakirə edib

Xpress.az Redaksiyası 09.07.2026 19:14

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 9-da ölkədə səfərdə olan İtaliyanın Müdafiə Nazirliyinin milli silahlanma direktoru admiral Giacinto Ottavianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Xpress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

​Bildirilib ki, görüşdə general-polkovnik Z.Həsənov ölkələr arasında strateji tərəfdaşlığa əsaslanan müdafiə sahəsində əməkdaşlığı yüksək qiymətləndirib. Azərbaycan-İtaliya əlaqələrinin bir çox sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən admiral G.Ottaviani qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Qonaq Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın hər iki dövlətin müdafiə qüdrətinin yüksəldilməsinə töhfə verəcəyindən əminliyini ifadə edib.

İtaliya Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək