Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Səlcuq Bayraktar Bakıda -
Səlcuq Bayraktar Bakıda -
Siyasət

Səlcuq Bayraktar Bakıda - Vüqar Mustafayevlə görüşdü

Xpress.az Redaksiyası 09.07.2026 19:45

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkədə işgüzar səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktar və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.

Bu barədə Xpress.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.

Bildirilib ki, "Baykar" şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsi Azərbaycanın müdafiə sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, həyata keçirilən birgə layihələr iki ölkə arasında mövcud tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

Tərəflər görüş zamanı hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək