Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə AZAL media nümayəndələri üçün intellektual yarış t...
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil edib -
Ana səhifə

AZAL media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO + VİDEO

Xpress.az Redaksiyası 22.07.2026 18:41

"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) 22 iyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün "Fibonacci" intellektual yarışını təşkil edib.

Xpress.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Tədbirin məqsədi media nümayəndələri ilə intellektual mühitdə bir araya gəlmək, qarşılıqlı dialoqu daha da möhkəmləndirmək və peşəkar əməkdaşlıq münasibətlərinin inkişafına töhfə vermək olub.

"Fibonacci" yarışı media nümayəndələri arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, fikir mübadiləsinin təşviqi və peşəkar dialoqun qeyri-rəsmi mühitdə davam etdirilməsi üçün şərait yaradıb.

Ümumilikdə 100 nəfərdən ibarət on beş komanda arasında keçirilən yarış dostluq və sağlam rəqabət şəraitində baş tutub. İştirakçılar aviasiya, məntiq və aktual mövzuları əhatə edən suallar üzrə bilik və analitik düşünmə bacarıqlarını sınayıblar. Yarışın sonunda 1-ci, 2-ci və 3-cü yer üzrə qalib komandalar Azərbaycan Hava Yolları tərəfindən müvafiq olaraq 10000, 7000 və 5000 AZAL milləri ilə mükafatlandırılıblar.

Azərbaycanın milli aviadaşıyıcısı media ilə açıq, şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlığı fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir. Aviaşirkət ictimaiyyətin operativ və düzgün məlumatlandırılmasında media nümayəndələrinin rolunu yüksək qiymətləndirir, peşəkar dialoqun və uzunmüddətli tərəfdaşlığın inkişafına xidmət edən bu kimi təşəbbüslərin davam etdirilməsinə xüsusi önəm verir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək