Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Bu xəstəxanada cərrah yoxdur?
Bu xəstəxanada cərrah yoxdur?
Sağlamlıq

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Xpress.az Redaksiyası 28.07.2026 10:04

TƏBİB Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsində cərrah olmadığı ilə bağlı sosial mediada yayılan iddialara aydınlıq gətirib.

 Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, iyulun 25-də saat 18:20 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış bir neçə şəxs, eyni zamanda digər təxirəsalınmaz tibbi yardım tələb edən pasiyentlər müraciət edib:"Hadisə qeyri-iş saatlarında baş verdiyindən tibbi xidmət təsdiq edilmiş növbətçilik qrafikinə uyğun olaraq növbətçi həkim heyəti tərəfindən həyata keçirilib, bütün müraciətlər triaj (prioritetlik) prinsiplərinə əsasən qiymətləndirilərək zəruri tibbi müdaxilələr vaxtında icra olunub".


“Hadisə zamanı xəstəxananın iki cərrahı həyati təhlükəsi olan pasiyent üzərində əməliyyat apardığından onların digər tibbi xidmətə cəlb edilməsi mümkün olmayıb. Bununla yanaşı, eyni anda daxil olan müraciətlərin sayı çox olanda zərurət yaranarsa, müvafiq ixtisaslar üzrə həkimlər operativ şəkildə tibbi xidmətə cəlb olunurlar”, - açıqlamada bildirilib.

Qeyd edək ki, sosial mediada Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsində cərrah olmadığı barədə görüntülər yayılıb. Video görüntülərdə vətəndaşlar yaralı halda xəstəxanaya müraciət etsələr də, cərrah tapa bilmədiklərindən şikayət ediblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirilib

28.07.2026 20:31 Cəmiyyət

Tramp İrana xəbərdarlıq etdi:

28.07.2026 20:20 Dünya

Gürcüstanın mədəniyyət naziri istefa verdi

28.07.2026 20:12 Dünya

“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən İranın qərarına sərt reaksiya

28.07.2026 19:46 Media

Bu şəxslərin maaşı artırılacaq

28.07.2026 17:20 Cəmiyyət

Telefonu uzun müddət qulaqda saxlamaq beyinə zərər verirmi? – Mütəxəssislər nə deyir?

28.07.2026 15:55 Sağlamlıq

Azərbaycan əleyhinə qərara

28.07.2026 15:52 Ana səhifə

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə edildi

28.07.2026 15:45 Cəmiyyət

Prezident üç səfiri geri çağırdı -

28.07.2026 14:46 Cəmiyyət

Prezident Tacikistana yeni səfir təyin etdi –

28.07.2026 14:21 Cəmiyyət

Dövlət xəstəxanalarında ürəyin MRT müayinəsi niyə aparılmır?

28.07.2026 13:51 Sağlamlıq

Bu ixtisaslar hər il BOŞ qalır- Abituriyentlər niyə maraq göstərmir?

28.07.2026 13:29 Təhsil

İndiki gənclər niyə övlad sahibi olmaq istəmir? Gələcəyimizi düşündürən sosial dəyişiklik

28.07.2026 13:09 Cəmiyyət

"Dürüst ad hər şeydən qiymətlidir!" -

28.07.2026 12:28 Ana səhifə

Azərbaycanlılar ən çox bunları axtarır -

28.07.2026 12:19 Cəmiyyət

Bu şəxslərə 3 il müavinət ödəniləcək

28.07.2026 11:53 Cəmiyyət

Ceyranbatanda yanğın zamanı uşaq özünü binadan atdı

28.07.2026 11:28 Hadisə

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

28.07.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək