Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman "Yavaş-yavaş səbrim tükənir" -
"Yavaş-yavaş səbrim tükənir" -
İdman

"Yavaş-yavaş səbrim tükənir" - Qurban Qurbanovdan sərt MESAJ

Xpress.az Redaksiyası 12.08.2026 13:34

"Əvvəlcə dünənki qələbə münasibəti ilə "Sabah"ı təbrik edirəm. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. Böyük uğurdur. Buna ancaq sevinməliyik. Özümüzə gəldikdə, pis hazırlaşmamışıq. Bir neçə gün vaxtımız oldu, səmərəli istifadə edə bildik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Dİnamo" (Kiyev) ilə sabah keçiriləcək cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib.

O bildirib ki, hesabda 0:1 geridə olsalar da, yaxşı nəticə qazanmağı hədəfləyiblər: "İnanıram ki, futbolçular oyuna tam köklənəcəklər. Qarşımızda yaxşı müdafiə olunan rəqib var. Amma inanıram ki, uğurlu nəticə üçün futbolçular ən yaxşısını edəcəklər".

Q.Qurbanov komandasının Ukrayna klubu ilə ilk matdakı səhvləri ilə bağlı da danışıb: "Səbəblər var. Çox da rotasiya etməmişdik. Hücum xəttində dəyişiklik etmişdik. Cebrail ilk dəfə əsas heyətdə idi. Əvvəlki oyunlarda özünü pis tərəfdən göstərməmişdi. Oyunun gedişatında da pis deyildi. Sadəcə daha aktiv olmaq lazım idi. Rəqib sənə səhv etməyə şərait yaradır. Bəzən oyunun tempi aşağı olanda səhvlər olur, bəzən rahat davranırsan. Temp aşağı olanda rəqib sənə daha tez yaxınlaşır. Bu da səbəb ola bilər. Hər bir halda, səhvləri aradan qaldırmalıyıq. Yaxşı nəticə qazanmaq istəyiriksə, texniki səhvlər azalmalıdır. Təcrübəli oyunçular üçün futbolun dili birdir.

Q.Qurbanov komandasının 3 oyundur qol vura bilməməsinə də toxunub: "Bu, psixoloji təzyiq yaradır. Desəm ki, yaratmır, düzgün olmaz. İllərboyu bu işin içindəyəm və bunu normal qarşılayıram. Futbolçular nə qədər keyfiyyətli oynasalar, o qədər inamlı olurlar. Qol vurmamaq istənilən komandada olur. Bunu aradan qaldırmağa çalışırıq. Komandalar bizə qarşı çox yaxşı müdafiə olunurlar. Qol vurmaq üçün daha artığını etməliyik. Bir az da öz planımızdan kənarda qaldıq. Zədə, bəzi oyunçuların tam hazır olmaması... Hər şey yoluna düşəcək".

"Qarabağ"ın çalışdırıcısı ilk matçda hücumda Aleksey Kaşuku oynaytmasını isə belə izah edib: "Kaşukun ən üstün cəhəti vuran ayağıdır. Onun qol vurmaq qabliyyəti yaxşıdır. Məşqlərdə də ən sərrast oyunçulardan biridir. Sadəcə ola bilər ki, o mövqe onun üçün bir o qədər də uyğun deyil. Duruma görə belə addım atdıq. Sabah üçün yenə götür-qoy edirik. Amma ümumi götürsək, oyunçular arasında fiziki cəhətdən ən hazırlıqlı odur.  Sefas da var, o mövqedə oynaya bilər. Sabah hansısa rotasiyalar edəcəyik. Buna baxmayaraq, Kaşuk bir neçə qol epizoduna girdi, sadəcə istifadə edə bilmədi. Fikrimizi yayındıracaq halda deyilik".

O, Abdullah Zubirin "Qarabağ"dan gedəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib: "Hər dəfə deyirəm ki, cavab verməyə ehtiyac yoxdur. Sabahkı oyuna hazırlaşırıq".

Qurban Qurbanov cari mövsüm 51 künc zərbəsindən yararlana bilməməklərindən də danışıb: "Standart vəziyyətlərdən qol vura bilmiriksə, bunu problem kimi qəbul edirəm. Amma o demək deyil ki, bunun üzərində işləmirik. Məşqlərdə istifadə edirik. Ola bilər ki, hansısa anda alınmır. Bəlkə də hansısa dönəm əksi olacaq. Künc zərbələrindən xeyli qollarımız var. Problem varsa, bunu niyə qəbul etməməliyəm? Ən yaxşı vaxtımızda da problemimiz olub".

Q.Qurbanov "Cebrail Makretskisin "Dinamo" ilə ilk oyunda qırmızı vərəq ilə cəzalandırılmasına və bunu sakit qarşılamasına da toxunub. O, "İlk matçda artıq gedişatla razılaşmışdız, yoxsa illər sizi daha səbirli edib" sualını belə cavablandırıb:

"İnanın ki, illər məni səbirdən çıxarıb. Yavaş-yavaş səbrim tükənir. Orada oyun epizodları var. Futbolçu üçün gözlənilməz qırmızı vərəqədir, rəqibi görmürsən, səni qabaqlayır. Bu cür epizodlarda penalti də olur. Həmin epizod fərqli idi. Miçel və Kevin Medina? Medina Ağadadaş Salyanskiyə qarşı sərt oynamışdı. Ona görə əsəbiləşmişdim. Miçelə nə qədər əsəbiləşsəm də, ən çox sevdiyim oyunçulardan biri olub. Məşqlərdə də çox danışırdı, işini 100 faiz yerinə yetirirdi. Ona bildirmişdim ki, qarşıda vacib oyun var, vərəqəyə diqqətli yanaşmalıyıq. Miçelə ona görə əsəbibləşmişdim. Adam bəzən sadə epizdolara görə əsəbiləşir (gülür)".

Q.Qurbanov "Sizə elə gəlmir ki, Zubir mərkəzdə oynayanda daha az effektiv olur? Komandada Kadi Borges və Montiel var ki, daha çox effekt verə bilərlər..." fikirlərinə də münasibət bildirib: "Bilirsiniz, bu sual haqda oynamayan oyunçular düşünməlidir. Hansı ki, məhz o mövqedə çıxış edirlər. Onlar düşünməlidir ki, o mövqenin oyunçusu ola-ola oynamırlar, başqa mövqeyin oyunçusu orada oynayır. Amma Zubirdən həmişə sol vinger kimi effekt görmüşük. Hər bir halda, istənilən komandada, istənilən oyunda 1-2 rotaisya ola bilir".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycan Prezidenti: "Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik"

12.08.2026 14:27 Cəmiyyət

Bu gün təyin olunan səfirlər kimdir? –

12.08.2026 12:57 Cəmiyyət

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

12.08.2026 11:03 Cəmiyyət

Tbilisi-Bakı qatarına biletlərin çətin tapılması ilə bağlı açıqlama –

12.08.2026 09:57 Cəmiyyət

Naxçıvanın statusu ləğv ediləcək? –

12.08.2026 09:28 Cəmiyyət

II qrupda bu universitetlər təhsil haqlarını artırdı

12.08.2026 09:00 Təhsil

İlham Əliyev hərbi hissələrə Döyüş bayraqlarını təqdim etdi -

11.08.2026 21:14 Gündəm

Naxçıvan Regional DOST Mərkəzi istifadəyə verildi

11.08.2026 20:24 Cəmiyyət

Bakıda torpaq sahələrinin qiymətində kəskin bahalaşma

11.08.2026 19:16 Cəmiyyət

Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə verdi

11.08.2026 18:55 Şou-Biznes

Ürək sağlamlığını qorumaq üçün uzaq durmalı olduğunuz

11.08.2026 17:35 Sağlamlıq

İnsan öldükdə beynində nə baş verir? -

11.08.2026 17:11 Sağlamlıq

Bakıda ət qiymətinə satılan meyvə — FOTO

11.08.2026 16:53 Cəmiyyət

Şadlıq saraylarında qiymətlər bahalaşdı

11.08.2026 16:33 Cəmiyyət

Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib

11.08.2026 16:11 Cəmiyyət

Meteohəssas insanların NƏZƏRİNƏ

11.08.2026 15:59 Cəmiyyət

Attestatların verilməsinə başlanıldı

11.08.2026 15:45 Təhsil

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

11.08.2026 15:28 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək