Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Premyer Liqa: "Sabah" "Araz-Naxçıvan"ı
Premyer Liqa: "Sabah" "Araz-Naxçıvan"ı
İdman

Premyer Liqa: "Sabah" "Araz-Naxçıvan"ı MƏĞLUB ETDİ

Xpress.az Redaksiyası 31.08.2026 20:13

Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Xpress.az oxu.az-a istinadla xəbər verir ki, günün ilk matçında son çempion "Sabah" "Araz-Naxçıvan"ın qonağı olub.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb - 0:1.

Matçda yeganə qolu 49-cu dəqiqədə Patrik Orfe Mbina vurub.

Rəqiblərindən bir oyun az keçirən "Sabah" 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" isə 1 xalla 11-ci yerdədir.

Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq.

Turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz başa çatıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək