Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Məcnun Məmmədov şöbə müdiri də təyin etdi
Məcnun Məmmədov şöbə müdiri də təyin etdi
İqtisadiyyat

Məcnun Məmmədov şöbə müdiri də təyin etdi

Xpress.az Redaksiyası 12.09.2026 11:03

Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub.

Bununla bağlı nazir Məcnun Məmmədov müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Ənvərli bundan əvvəl “Avrora” şirkətində şöbə müdiri, daha əvvəl isə “Kapital Bank”da, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində şöbə müdiri vəzifəsindən çalışıb.

Xatırladaq ki, bundan öncə nazir M.Məmmədov Ramil Əzməmmədov və Ayaz Museyibovu özünə müşavir, Fuad Məmmədovu isə Aqrar Xidmətlər Agentliyinin sədr müavini təyin edib.\\iqtisadiyyat.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək