Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Tuncay Türbəndəzadəyə "PAŞA Kapital"da
Tuncay Türbəndəzadəyə "PAŞA Kapital"da
Ana səhifə

Tuncay Türbəndəzadəyə "PAŞA Kapital"da VƏZİFƏ VERİLDİ

Xpress.az Redaksiyası 07.09.2026 15:20

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də Korporativ kommunikasiyalar üzrə baş mütəxəssis vəzifəsinə təyinat olub.

Xpress.az xəbər verir ki, bu vəzifə Tuncay Türbəndəzadəyə həvalə edilib.

Qeyd edək ki, T.Türbəndəzadə bundan öncə “Report” İnformasiya Agentliyində iqtisadiyyat və biznes istiqaməti üzrə müxbir kimi fəaliyyət göstərib. Bu müddətdə maliyyə-bank sektoru, kapital bazarı, investisiyalar, turizm və digər iqtisadi sahələr üzrə ixtisaslaşıb, yerli və beynəlxalq tədbirlərin işıqlandırılmasında iştirak edib.

T.Türbəndəzadə Kiyev İqtisad və Hüquq Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb. O, həmçinin 2025-ci ildə MEDİA Agentliyi və “Euronews Academy”nin birgə təşkil etdiyi “Rəqəmsal jurnalistika” proqramını tamamlayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək