Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Yalçın Rəfiyev: Azərbaycan artıq 54 Afrika dövləti...
Yalçın Rəfiyev: Azərbaycan artıq 54 Afrika dövlətinin hər biri ilə diplomatik münasibətlərə malikdir
Siyasət

Yalçın Rəfiyev: Azərbaycan artıq 54 Afrika dövlətinin hər biri ilə diplomatik münasibətlərə malikdir

Xpress.az Redaksiyası 24.09.2026 11:13

Azərbaycan artıq Afrika qitəsindəki 54 dövlətin hər biri ilə diplomatik münasibətlərə malikdir.

Xpress.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev rəsmi “X” hesabında paylaşım edib.

“Azərbaycan–Afrika münasibətlərində yeni mərhələ! Mərkəzi Afrika Respublikası ilə diplomatik əlaqələrin qurulması ilə Azərbaycan artıq Afrikanın 54 ölkəsinin hamısı ilə diplomatik münasibətlər yaratmış oldu. Bu isə qitə ölkələri ilə tərəfdaşlığımızın daha da genişləndirilməsi üçün yeni imkanlar açır”, – deyə Yalçın Rəfiyev qeyd edib.

Qeyd edək ki, Azərbaycan ümumilikdə, özünü çıxmaqla, 192 BMT üzvü dövlətdən 188-i ilə diplomatik münasibətlər qurub. Bu isə bir ölkənin diplomatik münasibətlər çərçivəsində çata biləcəyi ən yüksək göstəricilərdən biridir. Diplomatik münasibətlərin olmadığı ölkələr Ermənistan, Kipr, Tonqa və Kiribatidir.

Xatırladaq ki, Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlərin yaradılması barədə Birgə Kommünike 23 sentyabr 2026-cı ildə, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Mərkəzi Afrika Respublikasının xarici işlər naziri Silvi Baipo-Temon tərəfindən imzalanıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək