Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Hikmət Hacıyev: Ermənistanda revanşist qüvvələrin...
Hikmət Hacıyev: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir
Siyasət

Hikmət Hacıyev: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Xpress.az Redaksiyası 02.10.2026 10:50

Azərbaycan Yaxın Şərqdə baş verən regional proseslərdən narahatdır və biz özümüzü ətraf regionda uzunmüddətli qeyri-sabitliyə hazırlayırıq.

"Report" xəbər verir ki, bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O vurğulayıb ki, hazırda Ermənistan cəmiyyətində də görülən müəyyən tendensiyalar narahatedicidir. Revanşist qüvvələr hələ də cəmiyyətdə kifayət qədər güclüdür. Daha bir narahatedici məqam isə revanşizmin Ermənistan gəncləri arasında da mövcud olmasıdır. Təəssüf ki, onlar hələ də prosesə revanşizm düşüncəsi ilə yanaşırlar. Bu səbəbdən Ermənistan Hökuməti öz xalqını sülhə hazırlamaq üçün çox ciddi çalışmalıdır.

“Azərbaycan tərəfi olaraq bizim strateji qətiyyətimiz var. Məqsədimiz sülh gündəliyini həyata keçirmək, onu ərazidə möhkəmləndirmək və sülh konsepsiyasına əsaslanan regional arxitektura qurmaqdır. Bu, Azərbaycan və Ermənistan xalqları üçün uzunmüddətli sülh və sabitliyi təmin edə bilər”,-deyə Prezidentinin köməkçisi bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək