Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Azərbaycanda 14 yaşlı qız hamilə qaldı -
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı -
Hadisə

Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi

Xpress.az Redaksiyası 02.11.2026 18:44

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib.

Bu hadisə Azərbaycanın rayonlarından birində baş verib. Ə.X. ilə A.A. məktəbdə tanış olublar. Həmin vaxt oğlan 9, qız 6-cı sinifdə oxuyub.

İstintaqla müəyyən edilib ki, Ə.X. qızın 14 yaşından 16 yaşı olana kimi onunla münasibətdə olub. Bu münasibət nəticəsində qız 15 yaşında olarkən hamilə qalıb. Amma cinayətin üstü oğlan hərbi xidmətə gedəndən sonra açılıb. Bu səbəbdən o, xidmətdə olarkən həbs edilib.

Əsgər məhkəmədə əməlini etiraf etsə də, qızla 14 yaşı tamam olana kimi münasibətdə olmadığını deyib. O, həmçinin A.A. ilə sevgili olduğunu, evlənmək istədiklərini bildirib.

Qız özü də məhkəmədə oğlandan şikayətçi olmayıb. Yeniyetmə bu məsələ ilə bağlı atasının şikayətçi olduğunu, özünün isə oğlandan heç bir şikayət və tələbinin olmadığını bildirib. Hazırda 32 həftəlik hamilə olduğunu qeyd edib. Onun qanuni nümayəndəsi olan anası da oğlanın tutulmasının mənasız olduğunu əlavə edib.

Məhkəmə yekunda təqsirləndirilən əsgəri 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirli bilib. Ona 6 il 6 ay həbs cəzası verilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Yüksək təzyiqiniz varsa, 10 qidanı yeməməlisiniz

02.11.2026 18:52 Sağlamlıq

DİM-dən kibertəhlükəsizliklə bağlı -

02.11.2026 18:06 Texnologiya

Bu xəstəliklərdən əziyyət çəkənlər artıq gözləməyəcək -

02.11.2026 17:24 Cəmiyyət

Əsgərlikdən yayınmaq istəyənlərə cinayət işi açıldı

02.11.2026 16:39 Cəmiyyət

“PAŞA Bank”dan “PAŞA Kapital”a vəzifəyə getdi

02.11.2026 16:06 İqtisadiyyat

Azərbaycanda anakonda peyda olub?

02.11.2026 15:26 Maraqlı

“Albayrak” Qrupun Azərbaycandakı şirkətinə yeni təyinat

02.11.2026 14:59 Gündəm

“Kontakt Home”un “Nova Credit”i yenə

02.11.2026 14:32 İqtisadiyyat

Ceyranbatan gölündən meyit tapılıb?

02.11.2026 14:16 Cəmiyyət

Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş

02.11.2026 12:49 Gündəm

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

02.11.2026 11:56 Cəmiyyət

Media və Yayım Şurası: Türkiyədə Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

02.11.2026 11:34 Media

Nazirlər Milli Məclisə çağırıldı -

02.11.2026 11:13 Cəmiyyət

Müəllim olmaq istəyənlərin diqqətinə –

02.11.2026 10:59 Təhsil

“Bir gecədə hər şeyimi itirdim...” – Könül Vəlibəylinin qızı

02.11.2026 09:35 Müsahibə

SOCAR-da yüksək vəzifələrə yeni təyinatlar olub

02.11.2026 09:29 İqtisadiyyat

Gülnaz Qənbərli xəstəxanaya yerləşdirilib

02.11.2026 08:34 Hadisə

Zöhrab Rzazadə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni vəzifəyə təyin olunub

01.11.2026 19:15 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək