Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Nobel sülh mükafatı Trampa yox, müxalifət liderinə...
Nobel sülh mükafatı Trampa yox, müxalifət liderinə verildi
Cəmiyyət

Nobel sülh mükafatı Trampa yox, müxalifət liderinə verildi

Xpress.az Redaksiyası 16.10.2025 19:45

2025-ci ilin Nobel sülh mükafatı Venesuela müxalifətinin lideri Maria Korina Maçadoya verilib. Qərarı oktyabrın 10-da Norveç Nobel Komitəsi elan edib. 

Maria Maçado diktaturaya qarşı mübarizədə son illər önə çıxmış cəsur siyasətçidir. Venesuela prezidenti Nikolas Maduro rejimi onu 2024-cü il prezident seçkilərinə buraxmayıb. Maçadonun dəstəklədiyi namizəd, diplomat Edmundo Qonzalez seçkiləri əslində qazansa da, Maduro saxta rəqəmlərlə özünü yenidən prezident elan edib. Seçkidən sonra keçirilən etiraz aksiyaları zamanı Maria Maçado oğurlanaraq bir müddət girov saxlanılıb.

Donald Tramp hakimiyyətə qayıdandan sonra ABŞ Nikolas Maduronu narkoterrorizmdə ittiham edərək onun yaxalanması üçün təyin olunan məbləği iki dəfə artırıb və 50 milyon dollara qaldırıb. ABŞ hökumətinin məlumatına görə, Nikolas Maduro narkotrafiklə məşğul olan "Cartel de los Soles" (Günəş karteli) adlanan qruplaşmanın lideridir. ABŞ hərbi donanması son aylar Karib hövzəsində narkotik daşıyan gəmilərə zərbələr endirir.

Qeyd edək ki, 2025-ci ilin Nobel sülh mükafatına ən iddialı namizəd ABŞ Prezidenti Donald Tramp idi. Lakin göründüyü kimi, Norveç Nobel Komitəsi fərqli qərar qəbul edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək