Cəmiyyət
Oktyabrın bütün sosial ödənişləri yekunlaşdı
Xpress.az Redaksiyası
25.10.2025 11:39
Oktyabr ayının bütün sosial ödənişləri başa çatıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Belə ki, oktyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiyaları, oktyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin oktyabr ayı üzrə pensiyaları, bu gün isə oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.