Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Paşinyan Türkiyə ilə sərhədlərin açılmasından dan...
 Paşinyan Türkiyə ilə sərhədlərin açılmasından danışdı
Siyasət

Paşinyan Türkiyə ilə sərhədlərin açılmasından danışdı

Xpress.az Redaksiyası 30.10.2025 10:54

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması artıq zaman məsələsidir.

Paşinyan bu fikirləri Paris Sülh Forumunun panel müzakirəsində səsləndirib.

O qeyd edib ki, hazırda prosesin qarşısında ciddi maneələr yoxdur və tərəflər normallaşma istiqamətində irəliləyirlər.

"Düşünürəm ki, bu, baş verəcək. Nə qədər tez olacağı başqa məsələdir. Amma hesab edirəm ki, biz artıq o mərhələyə yaxınlaşırıq ki, tam diplomatik münasibətlər qurulacaq, sərhədlər açılacaq, iqtisadi və siyasi əməkdaşlıq başlayacaq və biz normal qonşular olacağıq. Əminəm ki, bu an yaxınlaşır, amma dəqiq vaxt deyə bilmərəm", - Paşinyan bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək