İdman
Patrik Vieyra İtaliya klubundan ayrıldı
Xpress.az Redaksiyası
01.11.2025 19:20
Patrik Vieyra "Cenoa"nın baş məşqçisi postundan ayrılıb.
Bu barədə İtaliya klubu rəsmi məlumat yayıb.
Fransalı məşqçi 2024-cü ilin noyabrından sözügedən komandanı çalışdırırdı.
Xatırladaq ki, "Cenoa" A seriyasında uğursuz mövsüm keçirir. Komanda 9 oyundan sonra 3 xalla turnir cədvəlinin sonuncu pilləsində mövqe tutub.