Ana səhifə
Xankəndi Futbol Klubuna mətbuat katibi TƏYİN OLUNDU - FOTO
Xpress.az Redaksiyası
17.09.2026 09:36
Xankəndi Futbol Klubunda idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində növbəti mühüm addım atılıb.
Xpress.az xəbər verir ki, klubun qərarı ilə Günel Abbas Xankəndi FK-nın mətbuat katibi vəzifəsinə təyin olunub.
Günel Abbasın PR rəhbərliyi ilə klubun media və ictimaiyyətlə əlaqələrinin daha da inkişaf etdirilməsi, Xankəndi FK-nın fəaliyyətinin geniş auditoriyaya çatdırılması və klubun kommunikasiya strategiyasının təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.
