Cəmiyyət
Paytaxtın bəzi yollarında tıxac yaranıb
Xpress.az Redaksiyası
06.11.2025 18:36
Xpress.az xəbər verir ki, bu səhər Bakının bir sıra mərkəzi küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunub. Sürücülər əsasən şəhər mərkəzinə gedən istiqamətlərdə hərəkətin ləng getdiyini bildiriblər.
Tıxacların yaranmasına səhər saatlarında artan nəqliyyat axını və bəzi yollarda aparılan təmir işləri səbəb olub. Hazırda DYP əməkdaşları yollarda hərəkətin nizamlanması istiqamətində tədbirlər görürlər.