Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman "Qarabağ" İspaniyada böyük hesablı məğlubiyyətlə ü...
"Qarabağ" İspaniyada böyük hesablı məğlubiyyətlə üzləşib
İdman

"Qarabağ" İspaniyada böyük hesablı məğlubiyyətlə üzləşib

Xpress.az Redaksiyası 22.10.2025 20:45

Bu gün Azərbaycan futbol klubu “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində oyun keçirib.
Azerisport.com-un məlumatına görə, gənc “atlılar” İspaniyanın “Atletik” klubunun qonağı olublar.

14:00 ATLETİK (U-19) – QARABAĞ (U-19) - 3:0 (1:0)
Üestamendia, 5 (1:0), Losano, 70 (2:0), İmqa, 89 (3:0)

Lezama, “Lezama Campo 2” stadionu. Baş hakim – Qal Levi (İsrail).

Atletik: İker Paqasartundua, Oyer Unamuno, Telmo Sarandona, Aleks Karril, İlyas əl-Arbaui, Şantyaqo Oyarqabal (Kristian İmqa, 74), Ander Espelata, Una Qoyoqana Pradera (Una Urzais İriondo, 62), Peyo Üestamendia, Maneks Losano, İker Kintero (Asyer Torres, 62).

Qarabağ: Teymur Həsənov, Məqsud Alışanlı, Rəşad Alışov, Rəvan Teymurov, Cavid Məlikov, Amin Rzayev (Əhməd Vəliyev, 73), Hikmət Cəbrayılzadə (k), Əli Qazibəyov (Əbdüləziz Cabbarlı, 85), Muidin Olude (Əhməd Gülənç, 63), Əliəkbər Rzazadə (Əli Əliyev, 85), Tohib Abiodun.

Xəbərdarlıq: Qazibəyov.

Əvvəllər “Qarabağ” “Benfika”ya (1:7) və “Kopenhagen”ə (0:5) uduzmuşdu. Hazırda komanda ümumi cədvəldə 35-ci yerdə qərarlaşıb və hələ xal toplaya bilməyib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək