Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman “Qarabağ”dan erkən qol -
“Qarabağ”dan erkən qol -
İdman

“Qarabağ”dan erkən qol - Canlı

Xpress.az Redaksiyası 22.10.2025 21:00

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda “Qarabağ” növbəti oyununa çıxacaq.

Təmsilçimiz İspaniyanın “Atletik Bilbao” klubu ilə üz-üzə gələcək.

“San Mames” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu noyabrın 5-də öz meydanında “Çelsi” klubuna qarşı keçirəcək.

Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində iki görüşündən sonra altı xalla 6-cı pillədə qərarlaşıb.

22 oktyabr

UEFA Çempionlar Liqası

III tur

Saat 20:45, “Atletik Bilbao” - “Qarabağ”.

***

Komandaların start heyətləri açıqlanıb.

“Atletik”: 1. Unay Simon, 17. Yuri Berçiçi, 14. Aymrik Laport, 4. Aytor Paredes, 2. Andoni Qorosabel, 18. Mikel Xarequizar, 30. Alexandro Reqo, 8. Oyan Sanset, 9. İnaki Villiams (k), 10. Niko Uilyams, 11. Qorka Quruzeta

Baş məşqçi: Ernesto Valverde

“Qarabağ”: 99. Mateuş Koxlaski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran, 7. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək