Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Ramin Məmmədov Ordubadda vətəndaşları qəbul edib
Ramin Məmmədov Ordubadda vətəndaşları qəbul edib
Cəmiyyət

Ramin Məmmədov Ordubadda vətəndaşları qəbul edib

Xpress.az Redaksiyası 03.11.2025 17:15

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ordubad rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Qəbul zamanı Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar dini icmanın kitablarla təmin edilməsi, dini maarifləndirmə işinin genişləndirilməsi, məscid təmiri, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək