Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Rəşad Dağlı əməliyyat olundu
Rəşad Dağlı əməliyyat olundu
Cəmiyyət

Rəşad Dağlı əməliyyat olundu

Xpress.az Redaksiyası 27.10.2025 20:30

Həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlı əməliyyat olunub. 

Əməliyyat tibb məntəqəsində həyata keçirilib. 

Meyxanaçının səhhətində yaranan müəyyən problem səbəbindən ona tibbi cərrahi müdaxilə edildiyi bildirilir. 

Məsələ ilə bağlı Rəşad Dağlının vəkili Elvin Əliyevlə əlaqə saxladıq. Vəkilin sözlərinə görə, Rəşad Dağlı tibbi müayinə olunub və onun əsasında kiçik bir cərrahi prosedur icra edilib:

“Hazırda səhhəti yaxşıdır, narahat olmağa əsas yoxdur”.

Fotoda: vəkil Elvin Əliyev

Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Meyxanaçının 6 il 6 ay çəkilməmiş cəzası qalıb.

Sail Ağasəlim

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək