Cəmiyyət
Sökülən bina tarixi tikili deyil - RƏSMİ
Xpress.az Redaksiyası
29.10.2025 22:39
"Mirzə Fətəli Axundov küçəsində sökülən bina tarixi tikili deyil".
Bunu Bakı Şəhəri İcra Hakimiyyətinin şöbə müdiri Rəşid Ağayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu ərazidə söküntü işləri qurumların nəzarəti ilə həyata keçirilir:
"Söküntü işləri Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir". (Mənbə: report)